İspan alimlər belə qənaətə gəliblər ki, südün və onun əsasında hazırlanan məhsulların (qatıq, kefir, kəsmik və s.) gündəlik istehlakı bir sıra xəstəliklərin inkişaf riskini azaldır.
Saglamolun.az bildirir ki, bu barədə “Medical Xpress” portalı “Advances of Nutrition” jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat yayıb.
Alimlər südün profilaktik xassələrinin yoxlandığı 14 tədqiqatın meta-təhlilini aparıblar. Məlum olub ki, yağlılığı aşağı olan süd məhsullarından, o cümlədən, yoğurtların istehlakı metabolik sindrom və ikinci növ diabetin inkişaf riskini azaldır.
Bundan başqa, belə məhsulların qəbulu kolorektal və sidik kisəsi xərçənglərinin inkişaf ehtimalının azalması ilə bağlılığı tapılıb.
Saglamolun.Az