Ürəyin sağlamlığını qoruyan ən faydalı məhsul təyin olunub

Mütəxəssislər ürək üçün ən faydalı məhsul təyin ediblər. Alimlərin fikrinə görə bu ərikdir.

Ərik kalium maddəsinin miqdarına görə çempion sayılır. Kalium sayəsində ərik aritmiyalar zamanı müalicəvi effekt verir, təzyiqi tənzimləyir, ürək və böyrəklərlə bağlı olan ödemləri azaldır.

Həmçinin kalium damarların vəziyyətini yaxşılaşdırır, ürək ritmini tənzimləməyə yardım edir, orqanizmdən toksinlər və artıq xolesterinin xaric olunması proseslərini tezləşdirir.

Mütəxəssislər ürək xəstəlikləri olanlara hər gün ərik yeməyi tövsiyə edirlər. Saglamolun.az bildirir ki, ərik qurusunda kaliumun miqdarı təzə əriklə müqayisədə 5-6 dəfə daha çoxdur. Mütəxəssislər mövsümdə təzə əriyi, digər vaxtlarda isə ərik qurusunu yeməyi tövsiyə edirlər.

Əriyin tərkibində olan digər çox faydalı maddə beta-karotindir. Tərkibində çoxlu miqdarda beta-karotin maddəsi olan ərik orqanizmi həm ürək xəstəlikləri, həm də xərçəngdən qoruyur.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика