Dünya şöhrətli dietoloq sağlamlığın sirrini açdı: 8 saatdan 24 saata qədər qaynadılan sümük suyu... - VACİB MƏSLƏHƏTLƏR

Depressiyanı müalicə etmək lazım olduğu hamıya məlum faktdır.

Lakin üsulları mübahisəli məsələdir. Adəti üzrə həkimlər xəstəyə antidepressant və trankvilizator yazırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Nəticədə, depressiya ilə yanaşı səhhətinizdə digər problemlər meydana gəlir.

Publika.az xəbər verir ki, satış üzrə rekordlar qıran "Bağırsaqlar və beyin", "Sağlam Beyin", "Qida və beyin"kitablarının müəllifi Devid Perlmutter bağırsaq mikroflorasının əhval-ruhiyyə ilə qarşılıqlı əlaqəsi haqqında danışıb. Mütəxəssis depressiya ilə qidalanma arasındakı əlaqə barədə ətraflı məlumat verib. O, hesab edir ki, bütün sağlamlıq problemləri bağırsaqlarda gizlənib. Çünki bu orqan bilavasitə beyinlə əlaqəlidir. Kobud dildə desək, qarnımızda nə varsa, beynimizdə də odur. Həyəcanlananda və ya aşiq olanda qarnınızda yaranan hissi (sanki kəpənəklər uçuşur) xatırlayın - onu beyin stimullaşdırır.

Depressiyanın yaranmasının mexanizmi haqqında

Devid Perlmutterin sözlərinə görə, depressiya qadınlar arasında daha geniş yayılıb:

"Ümumiyyətlə, qəbul edilir ki, müəyyən kimyəvi maddələrin, məsələn, serotoninin olmaması nəticəsində depressiyaya qadınlar daha çox məruz qalır. Beləliklə, xəstəliyə qarşı mübarizə aparmaq üçün hazırlanmış bütün preparatlar bu hormonun ifraz olunmasına kömək edir. Məlum olduğu kimi onlar tamamilə plasebodur (Plasebo effekti - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi təsiri deməkdir).

Depressiyanın yaranması mexanizmi bağırsaqdakı bakteriyaların qeyri-bərabərliyi nəticəsində yaranan iltihablaşma ilə bağlıdır. Bu nəzəriyyənin qabaqcıllarından biri Kaliforniyadan olan həkim Emeran Meyerdir. O da bu mövzu ilə əlaqədar "İkinci beyin" adlı kitab yazıb. Biz yalnız bu sahəni tibdə inkişaf etdirməyə və depressiyanı yeni bir üsulla - pəhriz ilə müalicə etməyə başlayırıq.

Sözsüz ki, elə qrup insanlar var ki, antidepressant qəbul etməsi mütləqdir, amma hər kəs yox. Hər kəs öz bağırsaqlarını "yenidən qura" bilməz. Bağırsaqların mikroflorası sadəcə necə qidalandığınızdan deyil, eyni zamanda necə doğulduğunuzdan - təbii və ya qeysər əməliyyatından da asılıdır. Həmçinin ana südü ilə bəsləndiyiniz, ümumiyyətlə, həyatınızın ilk illərində nə ilə qidalanadığınız bağırsaqların mikroflorasının inkişafında mühüm rola malikdir. Yeri gəlmişkən, sadəcə əhval-ruhiyyə deyil, beyninin aktivliyi də bağırsaqlardan asılıdır.

Problemin bağırsaqlarda olduğunu anlamaq çox sadədir. Bunu özünüz də edə bilərsiniz: Şişkinlik və ya stolda oturanda narahatlıq hissi. Əgər belə simptomlar yoxdursa, hər hansı bir klinikada bağırsaq mikroflorasını təhlil edən testdən keçə bilərsiniz".

Depressiya və artıq çəkinin əlaqəsi

Dietoloq hesab edir ki, çəki və depressiya arasında məntiqi bir əlaqə var: "Diqqət yetirsəniz, görərsiniz ki, kök insanlar depressiyaya daha çox meylli olur. Bu, niyə baş verir? Bütün bunlar vücudumuzdaki yağ hüceyrələrinin iltihab hüceyrələrini meydana gətirməsi nəticəsində yaranır.

İnsanlar kökələndə qan şəkərinin səviyyəsi yüksəlir - bu da onların ümumi vəziyyətinə təsir göstərir. Müalicəvi "depressiya pəhrizi" həm də arıqlamağa kömək edəcəkdir.

Diabet və depressiya arasında da sarsılmaz bir əlaqə də var. Bu xəstəlik, əslində son zamanlarda qlobal epidemiya halına gəlib. Amerikalı yetişkinlərin təxminən 60 faizinə şəkər xəstəliyi və yaxud prediabet diaqnozu qoyulub, bu, o deməkdir ki, şəkər səviyyələri yüksəkdir və onlar bu xəstəliyə yaxındır ".

Antidepresant pəhriz

Amerikanın Qidalanma Şurasının üzvü və birinci dərəcəli nevroloqu kələm turşusunu və sümük suyunun müalicəvi təsirini xüsusi qeyd edib: "Antidepresant pəhriz"i lif və karbohidratlarla zəngin olan tərəvəzlərdən ibarət olmalıdır: brokkoli, gül kələm, çuğundur, yerkökü, kabaçki və s. Bizə həm də sağlam yağlar lazımdır: balıq, avokado, zeytun yağı, qoz-fındıq, kətan toxumu. Ən əsası bütün bu məhsullar təbii şəkildə yetişdirilməlidir.

Qatıq, kefir, yoqurt, kələm turşusu, duzlu xiyar kimi probiyotiklərdə zəngin olan bir çox qidalara üstünlük verilməsi vacibdir. Bağırsaqları məhz onlar faydalı bakteriyalarla təmin edir.

8 saatdan 24 saata qədər qaynadılan sümük suyu da çox faydalıdır. Sümük suyu dəri, əzələ və oynaq üçün faydalı olan bir çox kollagen ehtiva edir.

Ədviyyatdan qorxmayın - məsələn, köri və sarıkök çox faydalıdır və güclü bir antioksidandır, o cümlədən həzmi yaxşılaşdırır.

Qluten və fruktoza məhdud olmalıdır. Birincisi, buğda, yulaf və çovdarda olan qluten həzmi çətinləşdirir. İkincisi, meyvəni azaldın. Əslində, bu, mövsümi bir məhsuldur və bədənimiz onun böyük bir miqdarda qəbuluna hazır deyil, üstəlik onlar da həzmi çətinləşdirir.

Alkolqol qadağan deyil - qırmızı şərab həqiqətən faydalıdır, amma miqdarında. Bu zaman ortaya sual çıxır ki, nə qədəri faydalıdır? Gündə bir qədəhdən çox olmaz. Əlbəttə ki, bu, keyfiyyətli şərab olmalıdır.

Bu pəhrizin effektivliyi bu vaxta qədərki qidalanmağınızdan asılıdır. Əgər menyuda burger və makaron üstünlük təşkil edibsə, bir həftə ərzində özünüzü hər kəsdən daha yaxşı hiss edəcəksiniz. Amma qidalanma pəhrizə yaxın olubsa, bir az daha gözləmək lazım gələcək".

Milli.Az

Saglamolun.Az

............




loading...

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика