Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.
Fransızlar ispanağı "krallar tərəvəzi"adlandırırlar. Amerikalılar üçün ispanaq sağlamlıq və güc rəmzidir. Amerikada ispanaq kiçik yaşlı uşaqların qidalanmasına daxil olan ilk tərvəzlərdən biridir. Onlar bunu uşaqların sümüklərinin normal inkişafı və raxitin profilaktikası üçün edir.
İspanaq çox zəngin vitamin və minerallar mənbəyidir. Burada A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.
Saglamolun.az xəbər verir ki, ispanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:
- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır
- orqanizmdən ziyanlı maddələri xaric edir
- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir
- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır
- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- sinir sistemi üçün faydalıdır
- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir
- göz sağlamlığını qoruyur.
Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.
İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.
Xalq təbabəti 20-04-2018 /89
Sağlam qida 20-04-2018 /134
XƏBƏRLƏR 20-04-2018 /301
XƏBƏRLƏR 20-04-2018 /91
XƏBƏRLƏR 20-04-2018 /108
XƏBƏRLƏR 20-04-2018 /177
XƏBƏRLƏR 19-04-2018 /128
Faydalı məlumat 19-04-2018 /250
20-04-2018 /4363
19-04-2018 /2775
18-04-2018 /1689
19-04-2018 /1565
18-04-2018 /761
18-04-2018 /648
09-04-2018 /10579
02-04-2018 /8826
08-04-2018 /8621
12-04-2018 /7947
22-03-2018 /6497