ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun əncirə və zeytuna;
2 - And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
3 - And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
4 - Biz insanı ən gözəl biçimdə yaratdıq!
5 - Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
6 - Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
7 - (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
8 - Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
Saglamolun.Az