104. əl-Huməzə surəsi

əl-Huməzə (Qeybətçi) surəsi

Məkkədə nazil olmuşdur, 9 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
2 - O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3 - Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4 - Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5 - Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6 - O, Allahın yanar odudur.
7 - Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8 - O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9 - Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

Saglamolun.Az