111. Əbu-Ləhəb surəsi

Əbu-Ləhəb (Alov atası) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)
2 - (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).
3 - O, alovlu atəşə girəcəkdir.
4 - Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!
5 - Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!

Saglamolun.Az