Menstruasiya dövründə dənizə girmək olarmı?

Qadınları yay aylarında ən çox maraqlandıran məsələlərdən biri də menstruasiya dövrünə təsadüf edən tətil planlarında nə edəcəkləri ilə bağlıdır.

Bəs bu dövrdə dənizə girmək olarmı?

Menstruasiya dövründə dənizə girməyin düzgün olmadığı haqqında yayılmış fikrin əslində hər hansı tibbi əsası yoxdur. Menstruasiyanın ilk 1-2 günündə qanaxmanın çox olması halında rahat oluna bilinməyəcəyi üçün dənizə girilməyə bilər, amma bunun sağlamlıqla bağlı hər hansı problem yaradacağından söhbət gedə bilməz.

Menstruasiya dövründə bezlərdən istifadə narahatlıq verəcəyi üçün dənizə tampondan istifadə edərək girilə biləcəyi qeyd edilir. Ancaq tamponla dənizə girdikdə normal halda 4-6 saatdan bir dəyişdirilən tamponun daha tez-tez dəyişdirilməsi məsləhət görülür.

Vaginal mikrobların törəməsinin qarşısının alınması üçün dənizdən çıxdıqdan sonra günəşlənərkən yeni tamponun qoyulması məqsədəuyğundur. Bu sayədə infeksiya riskinin də qarşısı alınmış olur.

Saglamolun.Az