Загрузка...

Qadın cinsiyyət orqanlarının ifrazatları

Bir çox hallarda qadınlar həkim-ginekoloqa müraciət edərək cinsiyyət yollarından ifrazatların olmasından şikayət edirlər. Əksər qadınlar səhv olaraq, bunu ancaq hər hansı bir infeksiya və ya xəstəliyin əlaməti hesab edirlər.

Həqiqətdə isə bu heç də belə deyil. Qadın cinsiyyət yollarından ifrazatların xaric olması istənilən yaş qrupundan olan qadınlar üçün xarakterik olub yumurtalıqların fəaliyyətinin göstəricisidir. Yalnız 8-9 yaşınadək olan müddət ərzində qız uşaqlarında belə ifrazat olmur. Buna səbəb isə yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməməsidir. Bu yaşadək olan qız uşaqlarında qadın cinsi hormonları az miqdarda hasil olur və onların orqanizmə olan təsiri də minimal olur. 9 yaşından sonra qız uşaqlarında cinsi yollardan ifrazat xaric olmağa başlasa da, bu, daimi xarakter daşımır. Bu, selik olub, xarici görünüşünə görə, çiy yumurta zülalı və ya düyü həlimi ilə müqayisə oluna bilər. Cinsi yetkinlik başladıqdan sonra ifrazat, menstrual tsiklin fazasından asılı olaraq, dövrü xarakter almağa başlayır.

Aybaşı başa çatan kimi, ifrazat da, demək olar ki, yox olur. Aybaşı tsiklinin ortasında şəffaf selikli ifrazat xaric olur ki, bu da görünüşcə çiy toyuq yumurtası ağına bənzəyir. Bu, baş vermiş ovulyasiyanın və estrogenlərin maksimal səviyyədə olmasının əlamətidir. Menstruasiyanın başlamasından bir qədər əvvəl isə düyü həliminə oxşar açıq rəngli həmcins maye xaric olur.

Qadın cinsi orqanlarında normal təbii ifrazatlardan savayı, patoloji ifrazatlar da olur. Bir çox hallarda onların miqdarı normal həddən artıq, yaşıl rəngə çalan, xoşagəlməz qoxulu, müəyyən miqdarda qan və irin qarışığı ilə, daxili qişaya yeyici təsir edən və s. xüsusiyyətlərə malik olur. Əksər hallarda belə ifrazatların səbəbi qadın cinsi yollarının iltihabi xəstəlikləri (vaginit - uşaqlıq yolunun iltihabı, servisit - uşaqlıq boynunun iltihabı və s.) səbəb olur.

Bu xəstəliklər müalicə olunmadığı təqdirdə daha ağır patoloji xəstəliklərin (endometrioz, uşaqlığın mioması, uşaqlıq boynunun ağır patologiyaları, sonsuzluq və s.) yaranmasına səbəb ola bilərlər. Buna görə də qeyd edilən patoloji ifrazatlar müşahidə edildiyi bütün hallarda mümkün qədər tez olmaqla həkim-ginekoloqa müraciət etmək vacib hesab edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 SEVIL 08.09.2013 09:25
SALAM..MENDE SON ZAMANLAR SARIMTIL MAYE COX IFRAZ OLUR..BU NEDEN OLAR?
#16 Administrator 09.09.2013 15:18
Hörmətli Sevil xanım!
Bu hər hansı iltihabın simptomu ola bilər. Ginekoloqa müraciət edin.
#17 popi 16.02.2014 21:12
Salam.menim 19 yasim var qizam. aerobika ile mesgulam 1 ildi.mesqde cox hoppaniram.son 1 heftedir ki menden qan gelir mewqden sonra.kecen hefte 3 gun mesqe getdim 3gunun ucundede mewqden sonra ele oldu.bunun sebebi ne ola biler.tewekkur edirem.
#18 popi 17.02.2014 19:24
Ele qan gelmesini her hansi bir tehlukesi yoxdu?
#19 Administrator 18.02.2014 06:45
Bu təhlükəli pozulmanın əlaməti ola bilər. Mütləq ginekoloqa müraciət edin.
#20 tahmina 18.12.2014 20:55
Men bilmek isterdim kondiloma virusu qiz usaglarinda da ola bilermi?yoxsa yalniz qadinlarda cinsi elaqeden kecir?
#21 Administrator 19.12.2014 05:22
Цитирую tahmina:
Men bilmek isterdim kondiloma virusu qiz usaglarinda da ola bilermi?yoxsa yalniz qadinlarda cinsi elaqeden kecir?


Bu linkə keçib sualnınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/3091-gunay-haciyeva.html

.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /214

Яндекс.Метрика