Qadınlarda cinsi həzzi artıran üsul - KEGEL MƏŞĞƏLƏLƏRİ

Bu məşğələləri keçən əsrin ortalarında Arnold Kegel adlı amerikalı ginekoloq təklif edib. Bu məşğələlər çanaq dibinin əzələlərini möhkəmləndirir.

Adi həyatda bu əzələlər demək olar işləmir ki, vaxt keçdikcə ziyanlı faktorların təsirində (ağır doğuşlar, travmalar, orqanizmdə qocalma ilə bağlı gedən proseslər) onlar öz elastikliyini itirir və bu da qadınlarda müxtəlif pozulmalara (sidik qaçırması, babasil, uşaqlıq yolunun və uşaqlığın sallanması), cinsi həyatın keyfiyyətinin pisləşməsinə gətirib çıxardır.

Kegel məşğələlərinin faydaları:

- sidik qaçırmasının profilaktikası və müalicəsində kömək edir. Bu pozulma qadınlar arasında ən yayılmış pozulmalardan biridir.

- uşaqlıq yolunun və uşaqlığın sallanmasının müalicə və profilaktikasında böyük rol oynayır. Bu da çox yayılmış pozulmadır.

- babasilin inkişafının qarşısını alır (babasil artıq varsa, xəstəliyin inkişafını ləngidir).

- uşaqlıq yolunun (vaginanın) əzələlərini məşq etdirir ki, vagina daralır və bu da qadının cinsi həyatına müsbət təsir edir.

Kegel məşğələləri necə edilir?

Saglamolun.az bildirir ki, bu məşğələləri istənilən yerdə və vəziyyətdə (oturanda, uzananda, ayaq üstə duranda) etmək olar. Məşğələlərdən əvvəl sidik kisəsini boşaldın.

Təsvir edin ki, siz eyni zamanada bağırsaq qazlarını və sidiyi saxlamaq istəyirsiniz. Siz hiss etməlisiniz ki, çanaq dibi əzələləri gərginləşir və yuxarı qalxır.

Məşğələ zamanı sağrı, qarın və ayaq əzələləri gərgin olmamalıdır, yalnız çanaq dibi əzələləri işləməlidir.

Məşğələlərə başlayanda əzələləri 2-3 saniyə ərzində gərginləşdirin, sonra boşaldın, 3 qədər sayın və yenə təkrarlayın. Vaxt keçdikcə əzələlərinizi 10 saniyəyə qədər gərgin vəziyyətdə saxlayın, sonra boşaldın. Beləliklə, 10 saniyə ərzində əzələləri gərginləşdirin, 10 saniyə ərzində boşaldın və bunu 3-4 dəfə edin.

Bu məşğələləri gün ərzində bir neçə dəfə etmək lzımdır. Bir müddətdən sonra effektini görəcəksiniz. Lakin bundan sonra da məşğələlərə davam edin.

Ginekoloqlar qadınlara bu məşğələləri qocalana qədər etməyi tövsiyə edirlər.

Saglamolun.Az