Загрузка...

Utancaqlıq problemindən necə qurtulmalı

Tanımadığınız ya da yeni tanış olduğunuz insanlara qarşı utancaqsınızmı?

Bu suala cavabınız "bəli" isə, narahatçılığa əsas yoxdur. Çünki siz təmamən normal birisiniz.
Araşdırmalara görə hər il xüsusilə qadınlar daha çox utancaqlıq problemi yaşayırlar.

Əgər yeni iş yerinizdə ayağa qalxıb özünüzü təqdim etməyiniz istəndiyində üzünüz qızarır, səsiniz titriyirsə, çoxluq içərisində danışmağınız lazım olduğu məqamlarda uzaq olmağa çalışırsınızsa, təəssüf ki, utancaqsınız. Ancaq "hər kəs ünsiyyətcil, danışqan olmaq məcburiyyətində deyil" gerçəyini də ağlınızdan çıxarmağınız lazımdır.

Utancaqlıqla iç-içə yaşamaq çətin bir duyğudur. Ətrafdakı insanların gözündə utanılacaq vəziyyətə, axmaq vəziyyətinə düşmə, onlar tərəfindən rəddedilmə ya da yetərsiz görülmə qorxusu sizi çaşdırmasın. Utancaq qadın daim pis düşüncələrlə özünü daha çətin vəziyyətdə buraxır. Aşağıdakı düşüncələrdən xilas olmağa diqqət yetirin:

- bir az daha danışsam,özümü axmaq vəziyyətinə salacağam

- ya burda olan insanlar mənim üçün “deli” deyərsə?

- söyləməyə bir şey tapmasam, nə edəcəyəm?

- qızaracağam, titrəyəcəyəm..

- indi danışsam mütləq səsim qəribə çıxacaq

- bu əhatədən bir qaçabilsəm…

- hamı məni izləyir

- nə qədər sıxıcı olduğumu düşünürlər görəsən?

Utancaqlıq problemi ilə məşğul olan amerikalı psixoloq Artest Battler utancaqlıqdan qurtulmanın ilk yolunun utancaqlıq haqqında bol-bol danışmaqdan keçdiyini bildirir. Yoldaşlarınızla, dostunuzla utancaq olduğunuz mövzuları bol-bol danışın, ancaq bunların təməldə bu qədər böyüdüləcək problemlər olmadığını unutmadan. Məsələn, yeni bir sahədə olmaq sizi utancaqlığa salırsa ,qorxmayın. Dostunuzla və sevdiklərinizlə yeni işlərə, sahələrə girməyə çalışın. Həqiqətən istəyərsəniz, utancaqlığı məğlub etməyə başladınız deməkdir.

Əgər özünüzü insanlarla tanış ola bilməyəcək qədər utancaq hiss edirsinizsə, daha ünsiyyətcil və sosial bir dostunuzdan bu mövzuda kömək istəməyiniz çox ağıllıca olacaqdır. Dostunuzun sizi yeni insanlarla tanış etməsini təmin etməlisiniz. Ancaq sizin haqqınızda qabarıq şeylər deməsini deyil, tam tərsinə sizin ifadə edə bilmədiyiniz bəzi vacib və gözəl xüsusiyyətlərinizi deyərək işinizi birazca asanlaşdırmasını söyləyin. Bunu dostlarınızdan asanlıqla istəyə biləcəyinizi unutmayın.

Utancaq qadının ilk mərhələdə qarşı cinsin diqqətini çəkməsi üçün bir az fərqli olması lazımdır. Cəmiyyət içində nəzərə çarpacaq bir xüsusiyyətinizi önə çıxardın. Fərqli olduğunuzu hiss etdirdiyinizdə utancaqlığınızı bir sirr pərdəsi arxasına belə gizlətməyiniz mümkündür. Bu ilk baxışda bir az çətin görünə bilər, ancaq siz artıq utancaqlıq probleminizdən xilas olmaq istəyirsiniz. Qarşınıza çıxan heç bir şey sizi qorxutmasın.

Özünüzü biriylə söhbət etmə ilə utancaqlığınız arasında sıxışmış vəziyyətdə tapdığınızda qarşınızdakı adama bir sual verin. Ancaq diqqət edin sual absurd olmasın. Heç danışmadan üzünə baxmaqdansa, verdiyiniz sual onun danışmasını təmin edəcək, beləcə söhbət kəsilməmiş olacaqdır. Onun verdiyi cavabın arxasından eyni suala siz də öz cavabınızı verərək, söhbəti ağıllı bir şəkildə uzada bilərsiniz. Bunu asanlıqla bacara bilərsiniz. Çünki bu mümkündür.

Günay Babazadə

Xəzər Universitəsinin, psixologiya fakültəsinin tələbəsi

Pcc.az


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика