PSİXOPAT - ən təhlükəli insan tipi. Onu necə tanımaq olar?

Balaca Nərminin vəhşicəsinə öldürülməsi son günlərin ən ağrılı və çox müzakirə olunan mövzulardan biridir. Bunu törədən insan sakit və “normal” birinə bənzədiyi üçün bir çox insanlarda şübhələr yaranıb.

Yəni bu insan bu vəhşiliyi törədə bilərmi? Təəssüf ki, bir çox hallarda ən qəddar cinayətlərin “müəllifləri” məhz belə sakit və ilk baxışdan zəif, müdafiəsiz, təhlükəsiz insanlar olur. Rusiyanın ən qəddar seriyalı qatili Andrey Çikatilonu xatırlayın. Adi insanlardan heç nə ilə fərqlənmirdi, sakit, başıaşağı, yaxşı ailə başçısı, qayğıkeş ata... İstintaq zamanı Çikatilonun törətdiyi 53 qətl hadisəsi sübut olunsa da (əsasən uşaq və qadınları öldürürdü), mütəxəssislərin fikrinə görə, qurbanların sayı qat-qat çox olub...

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Kolumbiya Universitetinin alimləri araşdırmalardan sonra belə qənaətə gəliblər ki, ən qəddar qatillər, seriyalı qatillərin əksəriyyəti psixopatdır. Bu çox təhlükəli şəxsiyyat pozulmasıdır. Bəzi həkimlər bunu beyinin xüsusiyyəti kimi də qiymətləndirir. Bu insanlar sağlam sayılır, onlar psixi xəstə deyillər. Alimlərin fikrinə görə, dünyada yaşayan insanların 2% psixopatdırlar. Bu böyük rəqəm sayılır.  

Psixopatlar əksər hallarda ilk baxışdan sakit, mədəni, mehriban görünür, onların bir çoxlarının qeyri-adi bacarıqları, istedadları, ali savadı olur. Lakin onları bir xüsusiyyət birləşdirir ki, bu insanlara mərhəmət , empatiya hissi xas deyil. Onlar ən vəhşi, ən qəddar hərəkət və cinayətlər törədə bilir və heç zaman tövbə etmir, peşmançılıq çəkmir, özündə günah görmürlər.

Təbii ki, bütün psixopatlar cinayət törətmir və bütün cinayətkarlar psixopat deyil. Lakin ən qəddar cinayətkarlar arasında psixopatlar üstünlük təşkil edir.   

Psixopatların digər xüsusiyyətləri arasında:

  • Özünü hamıdan ağıllı, qeyri-adi hesab edirlər, özünü hamıdan üstün tuturlar, eqoist olurlar
  • Yaltaq olurlar
  • Etibar qazanmağı bacarırlar
  • Çox riyakar olurlar, daim maskalarını dəyişirlər
  • Patoloji yalançıdırlar, öz mövqeyini daim dəyişir, dediyi sözlərdən imtina edirlər
  • Öz mənfi emosiyalarına, hirsinə nəzarət edə bilmirlər, hirslənəndə nə isə sındırır, qışqırır, ətrafdakıları vurur, təhqir edirlər
  • İnsanları istifadə etməyi bacarır, əla manipulyatorlardır

Müəyyən müalicə və psixoterapevtik üsullarının köməyi ilə bu insanları çərçivədə saxlamaq mümkündür. Mütəxəssislər qeyd edir ki, psixopatları vaxtında aşkar etmək və müalicəyə cəlb etmək çox vacibdir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...