Загрузка...

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Məktəb dövründə valideynləri ən çox narahat edən problemlərdən biri uşaqların dərsə həvəs göstərməməsidir.

Valideynlər nə qədər danışıb dil töksələr də, uşaqların dərs oxumağa həvəsi olmur. Bəs həvəssiz uşaqlarla necə davranmaq lazımdır? Uşaqları dərs oxumağa necə təşviq etmək olar? Ailem.az bununla bağlı valideynlərə faydalı məsləhətlər verir.

Hər şeydən əvvəl, uşaq dərs oxumaq istəmirsə, onu məcbur etməyin. Uşağınıza istəmədiyi bir şeyi yalnız qısa bir zaman üçün etdirə bilərsiniz. Ancaq yenidən eyni problemlə qarşılaşacaqsınız. Müsbət bir nəticəyə nail olmağınız mümkün olmaz.

Digər yandan, eyni böyüklər kimi, uşaqlar da zorla etdiyi şeydən heç bir zövq almayacaq. Hətta bəlkə sonradan sevə biləcəyi bir şeyi əvvəldən zorla etdiyini hiss edərsə, o işdən soyuyub uzaqlaşması mümkündür. Onun üzərindəki dərs oxuma basqısını azaltmanız bu baxımdan əhəmiyyətlidir. Sizin təlimatlarınız olmadan uşağınız öz alışqanlıqlarını yaratmağa çalışar. Burada əhəmiyyətli nöqtə odur ki, onun bu alışqanlıqları yaranarkən ona rol model olun. Yəni bənzər çalışma alışqanlıqlarını sizdə gördüyü zaman sizi özü üçün nümunə götürmək istəyəcək.  

TÖVSİYƏLƏR:

Övladınızla aranızda olan ünsiyyətə əhəmiyyət verin. Onunla danışmaqdan çəkinməyin. Uşağınızın gələcəyi üçün narahatlıq keçirməyiniz normal haldır. Amma o, bunu hələ kifayət qədər anlamayacaq. İndiki zamanda yaşamağın dadını çıxardan uşaqlar biz böyüklərin etməklə cavabdeh olduğu planlar qarşısında sıxılır. Bu vəziyyətdə ona narahatlığınızı çatdırmaq yerinə, irəlidə nələr etmək istədiyi ilə bağlı suallar verin.
Astronavt və ya həkim olmağa qərar veribsə, onun bu peşələr haqqında daha həvəsli olması üçün bəzi maraqlı məlumatlar toplayın. Beləcə, onu dərs oxumağın niyə əhəmiyyətli olmasına gizlicə həvəsləndirmiş olarsınız.

Hədəflərin onu daha çox cəzb etməsi üçün əvvəlcə kiçik addımlar atması ilə bağlı ona yol göstərin.

Kiçik-kiçik tamamlanan addımlar böyük və çatması çətin olan hədəflərə nisbətən daha maraqlı olur və müsbət nəticələr verir.

Bacardığını görən uşağın özünə olan güvəni inkişaf edir.

Uşaqlarınız çox dərs hazırlamaqdan yorularaq, “niyə dərs hazırlayıram?”, “Çalışdıqlarım heç bir işə yaramayacaq”, - deyə bilər. Bu zaman ona belə cavablar verməyin - qarşıda yaxşı bir universitetdə oxumaq, gözəl bir işə sahib olmaq üçün oxumalısan. Çünki yaxşı bir gələcək fikri hələ onun beyninə oturmayıb. Hazırda yaşadığı hal ona xoş gəlir və hələ sahib olmadığı gələcək üçün niyə əziyyət çəkim deyə soruşa bilər.

Uşağınızı dərs oxumağa təşviq edərkən ona mehriban şəkildə qayğı göstərin. “Gəl, dərsini oxu”, “tez dərslərini hazırla” kimi əmr cümlələrindən istifadə etməyin.

Əgər uşaqlarınızda dərs oxumağa meyl yaratmaq istəyirsinizsə, əvvəlcə onlarla bilik yarışları, əzbər yarışı, yüksək səslə oxuma kimi oyunlar tərtib edin.

Onun dilindən danışmağınız, onu anladığınızı göstərməniz, uşağınızın sizə güvən duyub açılmasını və sizə qarşı cavabdeh kimi davranmasını təmin edəcək.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика