Загрузка...

Qadın sağlamlığını və gözəlliyini qoruyan QİDALAR

Qadının sağlamlığı və gözəlliyi onun orqanizmində olan qadın hormonlarının səviyyəsindən asılıdır.

Estrogenlər adlandırılan bu hormonların qadının ürək-damar, cinsiyyət sistemlərinin, sümüklərinin   sağlamlığında böyük rol oynayır. Estrogenlərlər həmçinin qadının dərisinin cavanlığını, elastikliyini və nəmliyini təmin edir.

Müəyyən yaşda qadın orqanizmində estrogenlərin ifrazı azalır. Bu fizioloji prosesdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Bu qadının dərisinin qocalmasına, sallanmasına, solmasına, ürək-damar sistemində pozulmaların inkişafına, sümük toxumasının azalmasına səbəb olur.

Bu prosesi dayandırmaq mümkün olmasa da müəyyən tətbirlərin köməyi ilə ləngitmək mümkündür.

Bu tətbirlərdən biri düzgün qidalanmadır.

Alimlər bəzi bitkilərin tərkibində orqanizmə estrogenə oxşar təsir edən maddələri aşkar ediblər. Bu maddələri "fitoestrogenlər" adlandırırlar. Sübut olunub ki, fitoestrogenlər orqanizmdə estrogenlərin azalması zamanı qadın orqanizminə çox müsbət təsir edir - qadının sağlamlığını və gözəlliyini qorumağa kömək edir. Əczaçılar fitoestrogenlərin bu xüsusiyyətlərinə əsaslanaraq bitkilər əsasında klimaksın mənfi təsirini azaldan dərmanlar hazırlayırlar.

Bəzi alimlərin fikirinə görə, fitoestrogenlər qadınlarda süd vəzi xərçənginin riskini azaldır.

Fitoestrogenlərlə zəngin olan məhsullar və bitkilərin arasında:

- Paxlalılar. Xüsusilə soya və həmçinin lobya, noxud, mərci.

- Tərəvəzlər: kök, kələmin bütün növləri, qulançar.

- Meyvələr: alma, nar, qırmızı üzüm.

- Cücərdilmiş duğda, arpa, noxud (cücərtilər yeyilir), küncüt.

- Bəzi bitkilər: yonca, mayaotu, kətan toxumu, bibəriyə.

- Zeytun, soya, kətan, küncüt yağları.

Estrogenlərin çatışmazlığı, hormonal pozulmaları zamanı sadaladığımız məhsulları və bitkiləri daha tez-tez qidalanmanıza daxil edin.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика