Загрузка...

Nə qədər şirniyyat yesəniz, bir o qədər də su için… Bir kalori – bir millilitr su

Son illərin ən uzun ac qalınan oruc dövründən sonra bayramda yeyilən şirniyyatlar orqanizmi normadan artıq yükləyərək yorur.

Bayram günləri ərzində, oruc zamanı yetərincə su qəbul etmək böyük əhəmiyyət daşıyır.

Sağlam yaşam mütəxəssisi, diyetoloq Canan Aksoy gündəlik su tələbatının adətən qəbul edilən kaloriyə əsasən müəyyən edildiyinə diqqət çəkərək su qəbulunun bol-bol şirniyyat yeyilən Ramazan bayramında daha da artmasının vacibliyini vurğulayıb.

Ramazan ayı boyu gündə təxminən 17 saat ac və susuz qalan orqanizm Ramazan bayramının gəlişi ilə birlikdə qəflətən vərdiş etmədiyi bir qidalanma şəklinə girəcək. İlin ən isti dövrünə təsadüf edən Ramazan bayramında su qəbulu həyati önəm daşıyır. Su içməklə yanaşı suyun saxlanılma şərtlərinin də normada olması önəmlidir. Mikrobioloji baxımdan içilməyə uyğun, ağır metallardan təmizlənmiş təzə içməli suyu əldə edə bilmənin ən sağlam və məntiqli yollarından biri də təmizlənmiş içməli sudur. Bu mənada evdə təmizlənmiş içməli suların saxlanma şərtləri baxımından ən sağlamı olduğunu demək olar. Həmçinin içməli suyun şüşə qablarda saxlanmasının da sağlamlıq baxımından ən faydalı saxlanma şəkli olduğu qeyd edilir. Xüsusilə yay aylarında bədəndə saxlanması lazım olan su miqdarı çox əhəmiyyətli olmaqla yanaşı qəbul edilən hər kaloriyə əsasən su qəbuluna diqqət edilməsi də əsas amillərdəndir.

Bayram boyu diqqət edilməsi lazım olam məqamlar

Bayram səhərinə pendir, zeytun, pomidor, xiyar, tam və ya dənə kəpəkli çörək və meyvələrdən ibarət olan bir səhər yeməyi süfrəsi ilə başlayın.

Bayram ziyarətinə gələn qonaqlar üçün konfet və şokoladın yanında fındıq, qoz, quru qaysı və quru əncir kimi ləzzətli və sağlam qidalar hazırlayın.

Ziyarət əsnasında təqdim edilən hər konfet və şokoladdan sonra ardınca bir bardaq su için.

Bayram boyu çay-qəhvənizi şəkərsiz içməyə çalışın. Bu şəkildə içə bilmirsinizsə, suya üstünlük verin.

Bayram ziyarətlərində mümkün olduqca lift əvəzinə pilləkənlərdən istifadə etməyə və gedəcəyiniz hər yerə piyada getməyə səy göstərin.

Yemək vaxtlarını ötürməməyə çalışın. Ötürdüyünüz zaman şirniyyatlardan imtina etməyiniz çətinləşəcəkdir.

Şirniyyatlar səbəbindən artan kalorini nizamlamaq üçün əsas yeməklərdə ağır və qızardılmış qidalardan uzaq durun, daha çox meyvə, tərəvəz, salat və qatıq yeməyə diqqət edin.

Bir kalori – bir millilitr su

Oksigendən sonra bir canlının ehtiyacı olan ən əsas yaşam maddəsi suyun əhəmiyyəti isti yay günlərində daha da artır. Xüsusilə Ramazan ayı boyu uzun müddət susuz qalan bədəni bayramın ilk günü həddindən artıq yükləmək də düzgün deyil. Orta hesabla bir yetkinin gündə 1800-2000 kalori aldığı nəzər alınsa, bu halda içilməsi lazım olan su miqdarı 1,8-2 litr arasında dəyişir. Bayramların vazkeçilməzi olan şərbətli şirniyyatlar üçünsə kalori hesabı belədir: 2 dilim paxlava orta hesabla 500 kalori təşkil edir . 500 kalori qəbul edən insanın 500 ml daha çozx su içməsi gərəklidir.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика