Göbələk zəhərlənməsini necə anlamaq olar?

Göbələk demək olar ki bütün fəsillərdə ən çox istifadə olunan qidalardan biridir.

Lakin salatlarda, qızardılaraq və s. şəkildə yeyilən göbələk düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə də səbəb ola bilər. Samsun Xalq Sağlamlığı müdiri dr. Mustafa Kasapoğlunun fikrincə, təbii mühitdə yetişən və tərkibində zəhərli maddə olan papaqlı göbələklər təzə, qurudulmuş və ya konserv şəklində, çiy və ya bişirilərək yeyilməsi nəticəsində baş verən və ölümlə də nəticələnə bilən ciddi zəhərlənmə mənbəyidir.

Göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

Zəhərlənmə əlamətləri göbələyin tərkibində olan zəhərin xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbələk növlərinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır. 2 saat sonra zəhərlənmə əlamətləri göstərən göbələklərdən zəhərlənmə zamanı başgicəllənməsi, yuxuya meyil, aşağı təzyiq, bulanıq görmə, üz və boyun nahiyəsində qızarma, nəbzdə artım, ağızda metal dadı, ürəkbulanma, qusma, tərləmə əlamətləri görülə bilər.

Yeyildikdən 6 saat sonra meydana çıxan zəhərlənmələrdə isə ürəkbulanma, qusma, ishal, qızdırma, nəbz artımı, qarın ağrısı, vaxt keçdikcə qaraciyər və böyrək pozuntuları və bu pozuntulardan qaynaqlanan əlamətlər ortaya çıxa və koma, ölümlə nəticələnə bilər. Göbələk yeyən insanda bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduğu təqdirdə mütləq vaxt itirmədən ən yaxın tibbi mərkəzə baş çəkməsi lazımdır.

Göbələk zəhərlənmələrinin müalicəsi əsas etibarilə meydana gələn zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümlə nəticələnən hallar da mövcuddur. Ancaq göbələk zəhərlənməsinin qarşısını almaq mümkündür  və bunun üçün təbii mühitdə yetişən göbələklərin yeyilməməsinə diqqət etmək lazımdır.

Saglamolun.Az

............




loading...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика