Bayramda qazanılan çəkiləri asan üsulla və tez atma qaydaları

"Detoks" üçün 5 məsləhət

Əksər insanlar bayramlarda çəkilərinin orta hesabla 1-2 kiloqram artdığını deyir.
Nyu-Cersili qidalanma mütəxəssisi Erin Palinski-Veyd deyir ki, özünüzü şişkin və ləng hiss edirsinizsə, bunun səbəbi natrium və şəkəri yüksək olan qidalar, həmçinin spirt qəbulu və ümumi fəaliyyətin azalması ilə əlaqədardır.
Mütəxəssis çəki atmaq üçün 5 növ detoks üsulu, yəni bədənin toksinlərdən, zərərli maddələrdən təmizlənməsi və təbii şəkildə yenilənməsini təmin etmək üçün həyata keçirilən bir prosesi icra etməyi məsləhət görüb.
1. Kifayət qədər maye qəbul edin. İlıq su istehlakını bacardığınız qədər artırın.
2. “Sadələşdirilmiş pəhriz”ə əməl edin. Yağlı, duzlu, şəkərli qidalardan uzaq durun.
3. Probiotiklər qəbuil edin.
4. Yuxu rejimizini bir saat artırın.
5. Hər səhər 15 dəfə hoppanın.

Saglamolun.Az