"Əri qəddar olan xanımlar daha çox xərçəngə tutulur. Bu fikrimin elmi araşdırması yoxdur, amma mən müayinəyə gələn əksər xanımlardan ailə həyatı ilə bağlı dəhşətli davranışlara məruz qaldığı haqqında yüzlərlə hekayə dinləmişəm".
Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın radioloqu dr. Sevinc Musayeva Səhiyyə TV ilə Araz FM-in birgə layihəsi olan “Sizin doktor” proqramında müsahibə verərkən deyib.
Həkim əlavə edib ki, xanımların həyat yoldaşlarından gördüyü bir çox yersiz qadağalar, hörmətsiz davranışlar, travmalar, stress, xəyanət süd vəzi ilə bərabər ginekoloji xərçəngə də səbəb ola bilir.
Həkimlə əlaqə saxlamaq üçün 050 547 77 75; 050 278 37 98 mobil nömrələrinə zəng edin!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az