Yay aylarında tər qoxusu üçün təbii vasitə axtarırsınızsa, bu, tamamilə sizin üçündür.
Önəmli olan tərləmənin deyil, tər qoxusunun qarşısını almaqdır. Tərləyəcəksiniz, amma tər qoxusu hiss edilməyəcək. Bəs bu möcüzə necə ola bilər? İnanılmazdır, amma mətbəxdə istifadə etdiyiniz iki məhsul bu işdə sizə yardımçı ola bilər. Limon və alma sirkəsi tamamilə tər qoxusunun yaranmasının qarşısını alır.
Limonu və alma sirkəsini pambığa damladaraq istifadə etməyiniz məsləhət görülür. Alma sirkəsini biraz sulandıraraq kiçik bir sprey şüşəsinə doldurub yanınızda da gəzdirə bilərsiniz.
Saglamolun.Az