Tərkibi sağlamlıq faydaları ilə dolu olan 3 məhsuldan ibarət bu resept orqanizminiz üçün çox lazımlıdır Bu komponentlərin hər birində orqanizm üçün lazım olan çoxlu vitaminlər, mikroelementlər və digər maddələr var.
Sağlamolun.az həmin reseptin hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
Təbii bal - 1/4 l.
Aloe - 4 böyük yarpaq.
Limon qabığı - 2 ədəd.
Hazırlanma qaydası:
Aloe yarpaqlarından geli çıxarırıq, limonları yuyub ətçəkən maşından keçiririk. Bütün inqrediyentləri birləşdirin və blenderdə üyüdün. Süzün, bankaya qoyun və ağzını bağlayın. Soyuducuda saxlamaq vacibdir.
İstifadə qaydası:
7 gün ərzində səhər və naharda yeməkdən sonra 1 çay qaşığı qəbul edin. Kursdan sonra 1 həftəlik fasilə veririk. Lazım gələrsə, proseduru təkrarlayın.
Qeyd edək ki, bu qarışımı soyuducuda 1 ay saxlamaq olar.
Saglamolun.Az