Ənənəvi Yeni il yeməkləri 10 gün ərzində insanı kökəldib, bədən formasını dəyişdirə bilər.
Sağlamolun.az xəbər verir ki, diyetoloqlar Yeni il yeməklərindən uşaqlar və qadınlar üçün ən zərərli olanlarının adını açıqlayıb.
İlk növbədə bu çoxqatlı, laylı, mayonezli salatlardır. Orda eyni zamanda yağ, karbohidrat, duz, mayonez var.
Farşlı yeməklər, göbələk, əridilmiş pendirlə farş, ətli piroqlar, qat-qat xəmirdən şirniyyatlar da kalori bombasıdır. Tort, keks və şirin içkilər də süfrədə varsa, sağlamlığı unudun.
Saglamolun.Az