Astma xəstəliyi haqqında DOĞRU bilinən YANLIŞLAR

2025-ci ilə qədər dünyada astma xəstələrinin ümumi sayının 400 milyona çatacağı gözlənilir.

Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı proqnoz verib. ÜST-ün məlumatına görə, 2019-cu ildə astma səbəbiylə gündəlik ölüm sayı 1263 nəfər olaraq qeydə alınıb. Həmin ildə dünyada təxminən 339 milyon astma xəstəsi olub.

Ölkədən ölkəyə fərqli olsa da, dünyada astmanın orta sıxlığının 15% ətrafında olduğu təxmin edilir.

Astmadan ölüm hallarının qarşısının alınmasında səhiyyə xidmətlərinə çıxış böyük əhəmiyyət kəsb edir. Bu xəstəlikdən ən çox ölüm halı aşağı və orta gəlirli ölkələrdə baş verir.

Astma daha çox ABŞ və Avstraliyada, bəzi Qərbi Avropa və Latın Amerikası ölkələrində əhalinin sayı ilə müqayisədə geniş yayılıb. Xəstəliklə bağlı ölümlər isə daha çox Myanma, Kiribati, Laos, Şri Lanka kimi aşağı və orta gəlirli ölkələrdə qeydə alınır.

Astma ağciyərlərdə kiçik tənəffüs yollarının iltihabı və daralması, öskürək, xırıltı, nəfəs darlığı və döş qəfəsində sıxılma nəticəsində yaranan xroniki ağciyər xəstəliyidir. Xəstəliyin əsas simptomları "nəfəs darlığı", "nəfəs alarkən xırıltı" və "öskürək"dir. Allergik reaksiyalara səbəb ola bilən və ya tənəffüs yollarını qıcıqlandıran maddələrin və hissəciklərin inhalyasiyası astmanın inkişafı üçün mühüm risk faktoru sayılır.

Astma xəstəliyini yaradan əsas faktorlara qorxu, qəzəb, həyəcan, soyuq hava, toz, tüstü, hava şəraitindəki dəyişikliklər, ot və ağac polenləri ilə viral infeksiyalar, heyvan tükləri və tükləri kimi emosional stimullaşdırma daxildir.

Astmada doğru bilinən səhvlər:

  • Astmanın uşaqlıq çağı xəstəliyidir
  • Yoluxucudur
  • Xəstələr yaşlandıqca ondan qurtula bilərlər
  • Astma xəstələri idman etməməlidir
  • Yalnız yüksək dozalı steroidlərlə idarə oluna bilər

Yuxarıda göstərilən fikirlər yanlışdır. Qeyri-infeksion astma xəstəliyi hər yaşda, o cümlədən uşaqlarda, yeniyetmələrdə, böyüklərdə və qocalarda baş verə bilər. Soyuqdəymə və qrip kimi viral respirator infeksiyalar astma tutmalarına səbəb ola bilər. Uşaqlarda astma tez-tez allergiya ilə əlaqələndirilir. Astma yaxşı idarə edildikdə, bu xəstəliyi olan insanlar idman edə bilərlər. Astma adətən inhalyasiya yolu ilə aşağı dozalı steroidlərlə də idarə oluna bilər.

Sevinc Hüseynova

Saglamolun.Az