Sinədə ağrı, çəki itirmə, boğulma... - Bunlar sizdə var? - VARSA...

Nəfəs darlığı bir çox xəstəliklərin əlaməti kimi özünü göstərə bilər.

Həyat keyfiyyətini aşağı salan və ciddi qəbul edilməli problemlərdən biridir.

Nəfəs darlığı nədir? Nəfəs darlığına nə səbəb olur?

Nəfəs darlığı anemiya, sıx idman, ürək-damar xəstəlikləri, piylənmə kimi problemlər zamanı daha çox ortaya çıxır. Psixi problem olduqda da nəfəs darlığı müşahidə edilə bilər.

Tənəffüs ritminin azalması və artması ilə ortaya çıxan bu diskomfort vəziyyət insanın gündəlik həyat keyfiyyətini aşağı salır. Psixoloji və ya müxtəlif səbəblərdən meydana gələn nəfəs darlığı problemi ağciyər və ya ürək problemləri səbəbindən də ortaya çıxır. Yalnız ağciyər, ürək və psixoloji səbəblərdən asılı olmayaraq burun quruluşunda əyrilik və sümük problemi olanlar da tənəffüs problemi yaşayır. Nəfəs darlığı bu və bir çox başqa səbəblərdən baş verir.

Nəfəs darlığının əsas əlamətləri:

  • Nəfəs almaqda çətinlik
  • Kifayət qədər nəfəs ala bilməmək
  • Sinədə ağrı
  • Sürətli ürək döyüntüləri
  • Ayaqlarda və topuqlarda şişlik
  • Çəki itirmək
  • Şüursuzluq
  • Boğulma hissi
  • Gün ərzində hər zaman yorğunluq hissi
  • Baş ağrısı və başgicəllənmə

Nəfəs darlığının yarada biləcəyi problemlər:

Nəfəs almaqda çətinlik çəkmək ürək və ağciyər kimi həyati funksiyaları olan orqanların kifayət qədər oksigenə məruz qala bilməməsi səbəbiylə birdən-birə meydana gətirə bilər.

  • Astma
  • Ürək xəstəlikləri
  • Aşağı qan təzyiqinin yaranması
  • Pnevmotoraks (sönmüş ağciyər)
  • Qan azlığı 
  • Ağciyər arteriyalarında qəfil qanın laxtalanması nəticəsində ağciyər emboliyası

Mütəmadi olaraq özünüzdə nəfəs darlığı hiss edirsinizsə, mütləq həkimə müraciət edin. 

Sevinc Hüseynova 

Saglamolun.Az