D vitamininin defisiti bu ciddi pozulmalara səbəb olur

D vitamini orqanizmdə bir çox proseslərə təsir etdiyindən onun çatışmazlığı müxtəlif pozulmların inkişafına yol açır.

1. Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, D vitamininin defisiti hipertoniyanın inkişafı riskini artırır.

2. Astma xəstəliyi də orqanizmdə D vitamininin çatışmazlığı ilə əlaqələndirilir.

3. D vitamini orqanizm tərəfindən fosfor və kalsiumun mənimsənilməsini təmin edir. Bu səbəbdən orqanizmdə D vitamini azdırsa bu dişlər, oynaq və sümüklərin sağlamlığına mənfi təsir edir.

4. Araşdırmalar göstərib ki, D vitamini hüceyrələri mutasiyalardan qoruyur, xərçəngin riskini azaldır.

Xərçəng xəstəliklərindən əziyyət çəkənlərdə D vitamininin yüksək səviyyədə olması xərçəngininkişafını ləngidir. Bu xüsusilə düz bağırsaq və süd vəzi xərçənginə aiddir.ğ

5. D vitamini immun sisteminin normal işləməsi üçün çox vacibdir. D vitamininin defisiti zamanı immunitet zəifləyir və insan daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə tutulur.

6. D vitamini orqanizmdə piylərin yığılmasına mane olur. Bu səbəbdən D vitamini orqanizmdə azdırsa piylənmənin riski də artır.

7. Güclü iltihab əleyhinə təsirə malik olan D vitamini revmatoid və psoriatrik artritin riskini azaldır. Araşdırmalar göstərib ki, revmatitdən əziyyət çəkənlərin 50%-ndə D vitamini defesi mövcuddur.

8. D vitamini şəkərli diabetin inkişafı riskini azaldır.

9. D vitamininin çatışmazlığı nevroloji xəstəliklərin riskini də artırır. Sübut olunub ki, D vitamininin defisiti depressiya və Alsheymer xəstəliyinin ehtimalını artırır, yaddaş pozulmalarına səbəb olur.

D vitamini qanda təyin olunur, bunun üçün xüsusi analiz aparılır.

Saglamolun.Az