Bu məhsullar mütləq yuyulmalıdır! Bir çox qadınlar bunu bilmir

1. Konserva bankaları

Bu bankaların üzərində çoxlu sayda ziyanverici mikrob və bakteriya ola bilər.

Bankanı açanda bu mikrob və bakteriyalar məhsulun içinə düşür. Bu səbəbdən bankanı açdıqdan əvvəlk axar suyun altında yaxşı yumaq lazımdır.

2. Qabığı yeyilməyən meyvə və tərəvəzlər

Banan, qarpız, yemiş, kartof və s. bu kimi meyvə və tərəvəzlərin qabığı yeyilməsə də onları soyduqdan və ya doğradıqdan əvvəl  mütləq yaxşı yumaq lazımdır.

3. Çərəzlər

Təmizlənməmiş qabıqlı qoz-fındığı sındırandan əvvəl mütləq yumaq lazımdır ki, onların qabığında olan çirk, toz və s. ləpənin üzərinə düşməsin. 

Saglamolun.az bildirir ki, təmizlənmiş çərəzlər də yedikdən əvvəl mütləq yuyulmalıdır. Çərəzlərin üzərində toz, mikroblar, saxlanma müddətini artırmaq üçün istifadə olunan kimyəvi maddələr və s. olur. Bu səbəbdən onları axar suyun altında yaxşı yumaq və kağız dəsmalın üzərində qurutmaq lazımdır.

4. Meyvə quruları

Bu məhsul ən çirkli məhsullardan biri sayılır. Şirin meyvə qurularına toz, yad hissəciklər və s. asanlıqla yapışır.

Meyvə qurularının hazırlanması zamanı müxtəlif kimyəvi maddələrdən istifadə olunur ki, bu maddələr sonra insan orqanizmində toplanır.

Bunları nəzərə alaraq meyvə qurularını mütləq yarım saaat ərzində suda islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır .

Saglamolun.Az




loading...

 

 

 


Яндекс.Метрика