Günəbaxan yağının bu ziyanından xəbəriniz var idimi?

Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri Journal of Nutritional Biochemistry jurnalında dərc olunub.

Saglamolun.az bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.

Qaraciyərin piylənməsi zamanı orqanın hüceyrələri zədələnir, iltihablaşır, distrofiyaya uğrayır. Piylənmənin fonunda sirroz və xərçəng kimi ağır xəstəliklərin inkişafı riski dəfələrlə artır.

Araşdırma göstərib ki, zeytun yağı istehlak edən heyvanların qaraciyərinin vəziyyəti daha sağlamdır.  

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 6 il

Ətraflı...

 


Яндекс.Метрика