Ən təhlükəli qan qrupu

ABŞ-ın Vermont Universiteti nəzdində tibb kollecinin alimləri 30 mindən çox insanın səhhəti üzərində apardıqları müşahidəyə yekun vurublar.

Üç ildən çox davam edən bu tədqiqatın nəticələri qan qrupu ilə müəyyən xəstəliklər arasında bağlılığı göstərir.

AZƏRTAC bildirir ki, alimlərin apardığı müşahidələr zamanı 495 adamda koqnitiv pozulmanın əlamətləri görünməyə başlayıb.

Tədqiqatın müəllifləri deyiblər: "Təhlillər göstərib ki, birinci qan qrupundan olan insanlarda yaddaş və demensiya problemlərini doğura bilən ürək-damar xəstəliklərinin yaranma riski aşağıdır". Dördüncü qan qrupundan olan adamlarda, əksinə, demensiya riski yüksəkdir. Bu qan qrupundan olan insanların 82 faizi yaddaş və təfəkkür probleminə meyillidirlər. Dördüncü qan qrupundan olanlarda qanın laxtalanmasını sürətləndirən zülal çoxdur. Həkimlərin dilində bu, VIII qan laxtalanma faktorunun yüksəlməsidir. Bu halda qanda tromb yaranır, damarlarda qanın hərəkəti pisləşir. Qan dövranının pozulması həm də koqnitiv və intellekt pozulmasının yaranması ilə sıx bağlıdır.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

 


Яндекс.Метрика