Загрузка...

Saçların analizi SAĞLAMLIĞIMIZdan xəbər verir

İnsan orqanizmini tez-tez Mendeleyev cədvəli ilə müqayisə edirlər. Həqiqətən bizim bədənimizdə cədvəldə olan bir çox elementlər var.

Cüzi dozalarda olan bu elementlər sağlamlığımızda olduqca böyük rol oynayır və onların defisiti və ya əksinə artıqlığı ağır fəsadlara yol açır. Belə ki, dəmirin çatışmamazlığı - anemiya, yodun - qalxanvari vəzi xəstəlikləri, kalsiumun - sümük, əzələ xəstəlikləri, kalium və maqneziumun - ürək xəstəliklərinin və s. inkişafına səbəb olur.

Orqanizmdə bu və ya digər mineralların defisiti və ya artıqlığı bu kimi xəstəliklərin inkişafına səbəb ola bilər:

- qan xəstəlikləri

- ürək-damar sistemi xəstəlikləri

- dəri, saç və dırnaq problemləri

- kişi və qadınlarda seksual pozulmalar

- allergiyalar

- uşaqlarda boyatmanın və inkişafın pozulması

- zəiflik, halsızlıq, immun sisteminin zəifləməsi və s.

Maraqlıdır ki, orqanizmdə olan bütün mineralların defisitini və ya əksinə artıqlığını insanın saçlarını  analiz etməklə aşkar etmək olur. Bu analizin adı "saçların spektral analizi"dir.

Analiz üçün 2-3 mm qalınlıqda və 3-5 sm uzunluqda olan bir neçə saç teli götürülür. Saçlar təmiz olmalıdır.

İnsan özündə bu kimi pozulmalar müşahidə etdikdə saç analizini etməlidir:

- Saçların tökülməsi və qırılması

- Dırnaqların qırılması

- Ürək ritmində pozulmalar, zəiflik

- Dərinin qabıq verməsi

- Tez yorulma

- İştahanın azalması

- Ağızın kənarlarında çatlar

- Əzələ spazmları və qıcolmalar.

Analizin nəticələrinə əsasən həkim insana müəyyən meneralların qəbulunu təyin edə bilər. Balans normallaşdıqda mənfi simptomlar yox olur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика