Qəbizliyə səbəb olan 5 PİS VƏRDİŞ

Qəbizlik ən yayılmış həzm sistemi pozulması sayılır.  Xroniki qəbizlik yoğun bağırsağı xərçəngi kimi ağır və son zamanlar artmaqda olan xərçəng növünün riskini xeyli artırır.

Xroniki qəbizlik orqanizmin xroniki intoksikasiyasına səbəb olur - oqanizmdən vaxtında xaric olmayan ziyanlı maddələr yoğun bağırsağın  divarına sovrulur və sonra qan axını ilə bütün orqanizm boyu yayılır. Xroniki intoksikasiya immun sistemini zəiflədir, ürək-damar, sinir sisteminin fəaliyyətinə, dərinin vəziyyətinə çox mənfi təsir edir, orqanizmdə qocalma proseslərini sürətləndirir.

Sizə qəbizliyə səbəb olan ən yayılmış 5 pis vərdişi təqdim edirik.

1. Nəcisi saxlamaq. Bu çox pis və təhlükəli vərdişdir ki, nəticədə ağır qəbizliyin inkişafına səbəb olur.

2. Az su içmək. Su bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir. Gün ərzində 8 stəkan təmiz su içməyə çalışın. Suyu digər mayelərlə əvəz etməyin. Çay, qəhvə, kola kimi içkilərin çoxlu miqdarda qəbulu  orqanizmin susuzlaşmasına və qəbizliyə səbəb olur.

3. Meyvə-tərəvəzlərin az miqdarda qəbulu. Meyvə və tərəvəzlər bağırsaqları "işlədən" qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir və bağırsaqları çox yaxşı təmizləyir.

4. Az hərəkət etmək. Orqanizmin bütün digər orqanları kimi bağırsaqlar da hərəkəti sevir. Hərəkət bağırsaqların peristaltikasını gücləndirir, qəbizliyin qarşısını alır.

5. Pəhrizlərdən sui-istifadə etmək. Hal hazırda arıq olmaq dəbdədir. Təəssüf ki, qadınlar tez-tez bu dəbin qurbanların çevrilir. Düzgün seçilməmiş  pəhrizlər, monopəhrizlər (hər hansı bir qida növü ilə qidalanma) mədə-bağırsaq sistemində ciddi pozulmalar yaradır. Bu pozulmalardan biri də qəbizlikdir.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...

 


Яндекс.Метрика