Загрузка...

Dodaqlar üçün olan maskalar və massaj

Dodaqların dərisinə qulluq edilməsi üçün ev şəraitində hazırlanan vasitələrdən istifadə etmək olar.

Bu vasitələrin köməyi ilə sizin dodaqlarınız daha təravətli,  möhkəm və gözəl olacaq.

- ½ çay qaşığı kəsmik və ya süzmə götürün, üzərinə 1 çay qaşığı yağlı qaymaq əlavə edin, qarışdırın və dodaqlarınıza çəkin. 15 dəqiqə keçdikdən sonra maska qalıqlarını dodaqlarınızdan təmizləyin, üzərinə vazelin sürtün.

- 1 çay qaşığı xama bir neçə damcı limon şirəsi və bitki yağı ilə qatışdıraraq, dodaqlarınızın səthinə çəkin və 20 dəqiqə saxlayın.

- Çay ağacının yağı dodaq dərisinə qulluq edilməsi üçün çox yaxşı vasitədir. Dodaqlarda olan çatlara bu yağdan çəkə bilərsiniz. Dodaq dərisinə qulluq edilməsi üçün kiçik yaşıl çay paketindən də istifadə etmək olar. Bu çay paketini ilıq suda isladıb bir qədər sıxdıqdan sonra dodaq dərisinin zədələnmiş yerinə qoya bilərsiniz.

- 1 çay qaşığı kivini həmcins şəkil alanadək əzərək üzərinə 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Alınan qarışığı dodaqlarınıza çəkin və 10 dəqiqə saxlayın.

- Dodaqlarınıza bal çəkin və 20 dəqiqə saxlayın.

- Bir neçə damcı kök və xiyar şirəsini hər birindən bir qədər bal və xama ilə qarışdırıb təmizlənmiş dodaqlarınıza çəkin və 10-15 dəqiqə saxlayın.

- Meyvələrdən (alma, banan, ərik, yemiş, qarpız) hazırlanmış maskalar dodaqlara çox yaxşı qidalandırıcı, nəmləndirici və yumşaldıcı təsir göstərirlər. Meyvənin qabığını soyaraq onun kiçik bir hissəsini ən kiçik gözlü sürtgəcdən keçirin. Alınmış kütlədən az miqdarda (1 çay qaşığından artıq olmamaqla) götürüb onu ½ çay qaşığı yumşaq kərə yağı ilə qarışdıraraq dodaqlarınıza çəkin, 15 dəqiqə keçdikdən sonra silin.

Dodaqlar üçün ən yaxşı təravətləndirmə və tonuslaşdırma vasitələrindən biri - qızıl gül, çobanyastığı, dəmrovotu və adaçayı dəmləmələrindən hazırlanmış kosmetik buzla dodaqların massajıdır. Bu prosedura dodaqların qidalanmasını artırır, onların əzələ təbəqəsini möhkəmləndirir, dəri örtüklərini müxtəlif təsirlərə qarşı daha davamlı edir. Dodaqlarınızı hər gün 1-2 dəqiqədən artıq olmayaraq kosmetik buz parcası (kubu) ilə silin.

Dodaqlar üçün xüsusi masajın edilməsi, onlarda qan dövranının yaxşılaşmasına səbəb olaraq, dodaqlara daha çox təravətlik və möhkəmlik verir, onlarda çatların əmələ gəlməsinin qarşısını alır. Təzə yumşaq diş fırçasını qaynadılmış sərin suda (yaşıl çay, çobanyastığı, adaçayı və ya cökə ağacı çiçəyi dəmləməsi) isladaraq (və ya bala batıraraq) 2-3 dəqiqə müddətində, yüngül dairəvi hərəkətlərlə (mərkəzdən ağız bucaqlarına doğru) əvvəlcə üst dodağı, sonra isə alt dodağı masaj edin.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /66

Яндекс.Метрика