Bu qidalar kişiləri sonsuz edir - DİQQƏT

Fast-food qidalarının daha bir zərəri aşkarlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Harvard universitetində aparılan araşdırmalara görə müntəzəm olaraq Fast-food-la qidalanmaq kişilər üçün olduqca zərərlidir.

Belə ki, normadan artıq Fast-food ilə qidalanmaq sonsuzluğa səbəb olur. Bu da sözügedən qidaların kişilərdə spermanın keyfiyyətini aşağı salması ilə əlaqədardır.

Araşdırmada yaşı 18-20 arası olan 3000-dən çox kişi iştirak edib. Onlardan bir qismi daima Fast-food-la qidalansa da, qalanları bu növ qidalardan tamamilə uzaq insanlardır.

Nəticələrə görə pizza, qazlı içkilər, şirniyyatlar normadan artıq və müntəzəm şəkildə qəbul olunduqda kişilərdə sonsuzluğa yol açır.

Eləcə də, sağlam və vitaminli, xüsusən də, göyərti ilə qidalanan insanların sperma keyfiyyətinin yüksək olduğu da araşdırmalar nəticəsində məlum olub.

Emin
Milli.Az



Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

 


Яндекс.Метрика