Загрузка...

İmmunitetin zəifləməsi. Simptomlar

İmmun sisteminin normal fəaliyyəti insanın ümumi sağlamlığında olduqca böyük rol oynayır.

İmmun sistemi insanı həm xarici (ətraf mühitdən orqanizmə düşən mikroblar, viruslar və s.), həm də daxili (orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur.

Bu səbəbdən immun sistemini daim yüksək səviyyədə saxlamaq və immunitetin ilk zəifləməsi simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Əks halda immunitetin zəifləməsi fonunda insanda müxtəlif və çox ağır xəstəliklər inkişaf edə bilər.

İmmunitetin zəifləməsi simptomları arasında:

- İnsan 1 il ərzində 3 dəfədən artıq qripp və soyuqdəymə xəstəliklərinə tutulur.

- Soyuqdəymə və qripp xəstəlikləri çox uzun çəkin, sağalma gec baş verir.

- Soyuqdəymə və qripp xəstəliklərindən sonra ağırlaşmalar inkişaf edir (tonzillit, bronxit, pnevmoniya, sinusitlər və s.).

- Dəridə tez-tez irinli səpgilər (irinliklər, furunkullar, çibanlar və s.) əmələ gəlir.

- Soyuqdəymə və qripp zamanı hərarət ya heç qalxmır ya da çox cüzi qalxır. Hərarətin qalxması orqanizmin müdafiə mexanizmidir. Bu o deməkdir ki, orqanizm infeksiya ilə mübarizə aparır. Soyuqdəymə və qripp zamanı hərarət qalxmadıqda bu o deməkdir ki, immunitet mübarizədən imtina edir.

- Uzun müddət ərzində hərarətin "səbəbsiz" 37,5 C qədər qalxması (buna subfebril hərarət deyilir).

- Dodaqlarda herpesin, ağız boşluğunun selikli qişasına stomatitin tez-tez əmələ gəlməsi.

- Göbələk xəstəliklərinin (ayaqlarda, cinsiyyət orqanlarında) tez-tez təkrarlanması.

- Ümumi simptomlar arasında: ümumi zəiflik, yorğunluq, tərləmənin artması, dəri örtüklərinin solğun olması və s.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика