Allergiyanın müalicəsi prinsipləri

Allergiyanın müalicəsinin əsas prinsipi ilk növbədə allergenlə olan təmasın (əlbəttə ki, diaqnoz dəqiq şəkildə müəyyən edildikdən sonra) qarşısını almaqdan ibarətdir.

Bir çox hallarda bunu etmək o qədər də asan olmur, bəzi hallarda isə sadəcə olaraq,  mümkün olmur. Məsələn, bitkilərin aktiv şəkildə çiçəkləndiyi dövrdə onların tocuqları ilə təmasdan qaçmaq olmur. Buna baxmayaraq, demək olar ki, hər bir halda bu allergenlərin konsentrasiyasıyasını (miqdarını) azaltmaq (məsələn, məişət tozu), və onlardan (məsələn, ev heyvanları) ümumiyyətlə qurtulmaq olar.

Allergiyanın kəskinləşməsi zamanı müalicəsi üçün müxtəlif dərman preparatlarından (antihistamin preparatları, kortikosteroidlər və s.) istifadə olunur. Bu preparatların bəziləri allergiyaların istənilən formalarında, digərləri isə - yalnız müəyyən simptomlara qarşı (məsələn, bronxial astma xəstəliyində) tətbiq edilir.

Allergiyanın müalicəsi zamanı dərmanlar mütləq həkim tərəfindən təyin edilməlidir. Özbaşına allergiyanı müalicə etməyə cəhd etməyin – bu təhlükəlidir!

Allergiyanın müalicə üsullarından biri də - alleqovaksinasiyadır.

Allerqovaksinasiyanın prinsipi ondan ibarətdir ki, allergiyası olan xəstəyə, immun sisteminin reaksiya verdiyi allergenlər əsasında hazırlanmış preparatlar inyeksiya (iynə) şəklində vurulur. Preparatların dozası az-az və tədricən artırılır. Bunun nəticəsi olaraq, immun sistemi sanki bu allergenə qarşı “öyrədilir” və orqanizm ona qarşı müdafiə substansiyaları (maddələri) hazırlamağa başlayır.

Belə inyeksiyalar (iynələr) mütləq həkim-allerqoloqun nəzarəti altında və yalnız təxirəsalınmaz yardım üçün dərman maddələri ilə tam şəkildə təmin olunmuş xüsusi tibb müəssisələrində aprılır.

Allerqovaksinasiya – uzun bir proses olub bir neçə il ərzində davam edə bilər.

Saglamolun.Az




loading...

Bel yırtığı niyə əmələ gəlir və necə müalicə olunur

 

 

 

 
loading...

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика