Загрузка...

Uşaqlara yanıqlar zamanı ilk yardım - VİDEO

Yanıqlar uşaq travmaları arasında birincidir. Bu səbəbdən hər bir ana bu vəziyyətdə öz uşağına kömək etməyi bacarmalıdır.

İlk növbədə yanmış sahəni soyutmaq lazımdır ki, yanıq daha dərin yayılmasın. Yağ, yumurta, kartof dilimləri və s. "vasitələri" istifadə etmək olmaz. İlk növbədə yanmış sahəni soyuq axar suyun altında 10-15 dəqiqə ərzində saxlamaq lazımdır.

Daha sonra uşağa yaşına uyğun dozada ağrısızlaşdıran preparat (panadol, nurofen və s.) və antihistamin preparat (klaritin, suprastin və s.) vermək lazımdır.

Uşaq ana südü ilə qidalandırılırsa, onu əmizdirin. Daha böyük yaşlı uşağa bir qədər duz qatılmış maye verin.

Uşağın vəziyyətinə (hərarət və s.) nəzarət edin.

Yanığın yerində əmələ gəlmiş suluqları deşmək, bədənə yapışmış paltarı qopartmaq olmaz!

1-ci dərəcəli yanıq zamanı (dəridə yalnız qızartı var) xüsusi tibbi yardım tələb olunmur. 2-ci, 3-cü və 4-cü dərəcəli yanıqlar zamanı uşağı dərhal xəstəxanaya çatdırmaq lazımdır.

 


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика