Öd kisəsində qatılaşma öd daşı xəstəliyinə yol açır!

Qatılaşmanı yaradan səbəblər :

1) artıq çəki (piylənmə )

2) hamiləlik

3) aclıq, qeyri-müntəzəm qidalanma

Həmçinin uzun illər davam edən xroniki ishal (diareya) öddə qatılaşmaya səbəb ola bilər.

Öd kisəsində çöküntünün yaranmasından insanların çox vaxt xəbəri olmur, çünki yeni yarandığı dövrlərdə simptomsuz seyr edir. Lakin sonra ciddi əlamətlər verə bilir! İlk olaraq ağrılı bir dönəm gəlir. Ağrı əsasən sağ qabırğa altında yeməkdən sonra meydana gəlir, kürək sümükləri arası nahiyyəyə, sağ çiyinə yayılır. Xəstəliyin əsas əlaməti isə ürəkbulanması və qusmadır.

Həzm prosesinin normal getmədiyi üçün çoxlu miqdarda qaz yaranır və gəyirmələr baş verir. Bunlardan əlavə bəzən xəstələrdə üşümə ilə əlaqədar titrətmələr müşahidə olunur.

Bu cür şikayətləri olan insanlar vaxtında həkim-qastroenteroloq tərəfindən müayinə olunmalıdır.

Tərlan Qasımov

Qastroenteroloq-İnvaziv Endoskopist

 

.

Saglamolun.Az