Загрузка...

Hamilə qadında olan bu toksin autizmli uşaq doğulmasına səbəb olur

Son illər geniş yayılan Autizm sindromunun yaranma səbəbləri geniş tədqiqatlarla araşdırılır.

Milyon qadının məlumatları əsasında aparılan yeni araşdırmada  gələcək ananın orqanizmində olan təhlükəli DDT pestisidinin autizmli uşaq doğulması riskini artırdığı sübut olunub.

Təcrübənin nəticələri tibbi elmi jurnalda dərc olunub.

Medicina.az bildirir ki, Kolimbiya Universitetinin professoru Alan Braun pestisidin autizmdə rolu barədə bunları deyib:

"Bizim elmi iş göstərdi ki, DDT təəssüf ki, keçmiş əsrlərdə qalıb, daşa dönmüş maddə deyil. Onun molekulları hələ də təbiətdə və bədənimizdədir. Hamilə qadının orqanizmində bu pestisidid çoxdursa, dölə keçir və çox zaman autizmə səbəb olur.

Dixlordifeniltrixloretan, qısacası DDT yer üzündə insanın ilk tətbiq etdiyi və yaydığı pestisidlərdən biridir. O, Bayer farmakoloji şirkətinin rəhbəri tərəfindən hələ XIX əsrin sonlarında icad olunub və İkinci Dünya müharibəsindən sonra tətbiq olunmağa başlayıb.

1960-cı ildə məlum oldu ki, DDT insan orqanizmində toplanır, xaric olmur, ona görə çox qabaqcıl ölkələrdə qadağan olundu. Tibbi araşdırmalar göstərdi ki, bu pestisid düşük, xərçəng, xroniki xəstəliklər, piylənmə yaradır".

Braun və onun kolleqaları təcrübədə 1986-2005-ci illərdə Finlandiya sosial və tibbi xidmətlərin gənc analardan topladığı məlumatları analiz ediblər.

Bu müddət ərzində milyondan çox qadın hamilə olmağı planlayıb və onların hamiləlik gedişatı izlənilib. Onlardan mütəmadi qan analizləri götürülüb, dölə təsir edəcək toksinlərin sayı təyin olunub.

Sonda məlum olub ki, orqanizmində DDT çox olan qadınların autizmli uşaq dünyaya gətirmək riski 33%-dir.  Xüsusilə Finlandiyanın əqli-zehni geriliyi olan sakinlərində bu risk daha çox idi. Onlardan autist uşaq daha çox doğulmuşdu.

Braun hesab edir ki, DDT unikal obrazla dölün beyninə təsir edir, onun ana bətnindən daha tez çıxmasına səbəb olur, uşaqlarda əqli, zehni inkişafa mane olur.

Ona görə DDT pestisidinin hələ də insanlıq üçün ciddi təhlükə olaraq qaldığını demək olar. Bu pestisidin planetdə yayılmasının qarşısı alınmasa, getdikcə daha çox autist uşaq doğulacaq.

Xatırladaq ki, bu pestisid bitkiçilik və heyvandarlıqda müxtəlif gəmiricilər, gənələr və infeksiyalarla mübarizə üçün istifadə olunur.

Ona görə kənd təsərrüfatı məhsullarında, balıq məhsullarında, torpaqda və su hövzələrində yığılır. İnsan orqanizminə də qida, su və hava ilə keçir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика