Загрузка...

Hamiləlik zamanı bu məhsulları yeməyin! Uşağın sağlamlığı üçün ZİYANLIDIR

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, hamiləlik zamanı yağlı qidaların həddindən artıq istehlakı gələcək uşağın beyninə və endokrin sisteminə ciddi ziyan vurur.

Nəticədə uşaqda bəzi sinir-psixiki pozulmaların riski artır.

Global Look Press xəbər verir ki, alimlər meymunlar üzərində eksperiment aparıblar. Hamilə meymunlar 2 qrupa ayrılıb. Onların bir qrupu hamiləlik boyu çox yağlı, digər qrupu sağlam qida alırdı. Birinci qrupunda olan meymunların balaları 2-ci qrupla müqayisədə daha əsəbi və narahat olub, onların iştaha, yuxu və yaddaşla problemləri müşahidə olunurdu.

Alimlər bunu hamiləlik zamanı yağlı qidaların dölün beyninin serotonin sisteminə olan mənfi təsiri ilə əlaqələndirir.

Alimlərin fikrinə görə, hamiləlik zamanı çoxlu miqdarda yağlı qidaları istehlak edən anaların uşaqları  gələcəkdə depressiya və s. nevroloji pozulmalara daha meylli olur.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика