Загрузка...

Astiqmatizm. Səbəblər və müalicə - FOTO

Gözün refraktiv qüsurlarından biri olub yaxın və uzaq məsafəni dumanlı görməklə xarakterizə olunur.

Gözə düşən işıq şüaları gözün buynuz qişa, bullur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanr. Astiqmatizm zamanı vahid  fokus nöqtəsi olmur və o uzdən həm yaxın, həm də uzaq görmə qarışıq, yayğın şəkildə olur.

Astiqmatizmin corneal və lentikulyar növləri vardır. Corneal astiqmatizm anadangəlmə olur və ya  sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır.

Travmadan sonra buynuz qişada capıq əmələ gəldikdə, pterigium adlandırdığımız xəstəlik zamanı və keratokonus xəstəliyinin inkişafı zamanı ikincili astiqmatizm yaranır. Göz daxili büllurda baş verən dəyişikliklər zamanı lentikulyar astiqmatizm yaranır.

Astiqmatizm korreksiya edilməklə aradan qaldırılır. Müvəqqəti və daimi korreksiya mövcuddur.

Müvəqqəti korreksiya zamanı eynək ve kontakt linzalar təyin olunur. Daimi korreksiyanı isə eximer lazer vasitəsilə aparmaq mümkündür.

Buynuz qişanın göstəriciləri eximer lazerin aparılmasına uyğun gəlməzsə, o zaman göz içi linzalar refraktiv düzəltmə məqsədilə göz daxilinə yerləşdirilir.

Aygün Nəbiyeva

Oftalmoloq - cərrah

 

.


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика