Dişlər yaddaş funksiyasına təsir edir...

Yaşı 55 -dən yuxarı olan 300 nəfər arasında keçirilən təcrübələrə əsasən məlum olub ki, yaddaşfunksiyası  dişlərin sayına bağlıdır.

Yaşlı dövrdə ağız boşluğunda nə qədər az diş olduqda,  hər hansı informasiyanı yadda saxlamaq o qədər çətin olur. Bu o deməkdir ki, yaddaş funksiyası ağızda olan ana dişlərinin sayından asılıdır. Bilirik ki, normal halda  cavan, sağlam insan 32 dişə sahibdir. Bu təcrübədə isə ən azı 22 dişə sahib insanlar iştirak etmişlər. Baxmayaraq ki alimlər bu bağlılığın səbəbinin tam müəyyən edə biləyiblər,lakin,  onlar daha öncə kolleqaları tərəfindən keçirilən araşdırmalara yaxın nəticələri təsdiqləyiblər.

Heyvanlar üzərində aparılan daha öncəki  araşdırma göstərmişdir ki, dişləri itirdikdə biz neyron itirir və beyin nahiyəsində yaddaşa cavabdeh olan olan "hippokampın"  funksiyasını azaldırıq.Belə məlum olur  ki, dişlərlə beyinin əlaqəsi diş sinirləri vasitəsilə qurulur. Ana dişlərin sinir sonluqları siqnalı beyinə yönləndirir və hərəkət refleksləri, üz hissləri  və sair kimi prosesslərə qismən təsir göstərir. Məhz bu hisslər ətraf mühitə olan təsəvvürümüzü tamamlayır və çox güman ki, məlumatın yadda qalmasını təmin edir.

Təbii ki, ölü dişlər(siniri çıxarılmış) və diş protezləri sinir sonluqları olmadığından yaddaşa heç bir təsir göstərmir.

Həmçinin alimlər müəyyən etmişlər ki, diş və neyronların ölümünə səbəb olan, damaq və agız boşluğu xəstəlikləri  yaddaş funksiyasının pozğunluğuna bir başa təsir edir.

Bu məqalədən əldə etdiyimiz məlumat, bir daha ana dişlərin orqanizm üçün nə qədər lazımlı olduğunu təsdiqləyir. Dişlərinizi  gündə 2 dəfə firçalamağı unutmayın...

Saglamolun.Az