Xüsusilə buzlu, soyuq və ya çox isti içkilər və yeməklər qəbul edərkən dişlərində ağrı, sızıltı hiss edənlər bu təbii üsullardan istifadə edə bilərlər.
Təbii ki, diş ağrısının səbəbini öyrənmək və mümkün qədər bu səbəbləri aradan qaldırmaq mütləqdir.
Diş ağrısına nə səbəb olur?
- Çox soyuq və ya çox isti yemək/içkilər istehlak etmək
- Çox acı, turş, ədviyyatlı və ya şirin qidaların/içkilərin tez-tez istehlakı
- Yanlış fırçalama
- Diş plombları ilə bağlı problemlər
- Dişdə çatların əmələ gəlməsi
- Çürük
- Eroziya/diş minasının zədələnməsi
- Diş əti resessiyaları
- Dişlərin doldurulmasından sonra həssaslıq
- Dişlərin ağardılmasından sonra yarana biləcək həssaslıqlar
- Ağızda abses və iltihab kimi infeksiyalar
- Diş daşlama xəstəliyi
- Bəzi dərmanların yan təsirləri
Diş ağrısına yaxşı təsir edən təbii və asan üsullar bunlardır:
Duzlu su
Diş ağrısına səbəb olan mikroblardan xilas olmaq üçün duzlu sudan istifadə bilərsiniz. Bunun üçün bir stəkan təmiz içməli suya 1 çay qaşığı duz əlavə edib yaxşıca qarışdırıb, hazırladığınız bu duzlu su ilə qarqara etmək kifayətdir. Hər dəfə dişlərinizi fırçaladıqdan sonra bunu etməlisiniz.
Mixək
Mixət antiseptik xüsusiyyətlər ilə həm ağız boşluğunun təmizlənməsini, həm təravətləndirilməsini təmin edir. Bunun üçün çox sıxmadan bir neçə mixək çeynəmək kifayətdir.
Mixək yağı
Əgər mixəyi birbaşa çeynəyə bilmirsinizsə və ya çeynəmək istəmirsinizsə, mixək yağından istifadə edərək eyni effekti ala bilərsiniz. Bunun üçün bir pambığın üzərinə 10 damcı mixək yağı damlatın və ağrıyan dişinizə bu pambığı diqqətlə mixək yağı ilə sıxın və bir müddət gözləyin.
Çobanyastığı çayı
İltihabın daha sürətli keçməsini təmin edən və eyni zamanda əsəbləri sakitləşdirən çobanyastığı çayı diş ağrısını daha az hiss etməyə kömək edir. Bunun üçün həmişəki kimi çobanyastığı çayı dəmləyin və isinməsini gözləyin. Hazırladığınız çayı için və qalanı ilə yaxşıca qarqara edin.
Sarımsaq
Faydaları saymaqla bitməyən qida maddələrindən biri kimi sarımsaq bu siyahının ən maraqlı adlarından biridir. Etiraf edək ki, çiy istehlak edildikdə onun qoxusu insane pis təsir edir, amma 1 diş sarımsaq çeynəməklə asanlıqla diş ağrısından xilas olmaq mümkündür.
medicalmedia.az
Saglamolun.Az