“Dəridəki qırışlar hər kəsdə fərqlidir və fərdi müalicə tələb edir”.
Bunu türkiyəli dermatoloq Nihan Yüksel Çanakçı deyib.
Dəriyə təsir edən bir neçə amil var ki, onlardan ən başlıcası qulluq, təmizlik, stress, yuxu rejimi və sağlam qidalanma kimi faktorlardır.
“Dəri epidermis və dermis olmaqla iki təbəqədən ibarətdir. Epidermis sıx keratin tərkibi ilə dəriyə güc verir, Daha dərin və qalın təbəqə olan dermis, sıx kollagen lifləri ilə dərinin sıx və dar olmasını, elastin lifləri ilə isə elastik olmasını təmin edir. Yaşla birlikdə dərinin su və yağ nisbətində azalma yaranır. Beləliklə, dəri tədricən nəmli, elastik, sıx və dartılmış vəziyyətini itirir, qırışlar əmələ gəlməyə başlayır. Bu təbii qocalma prosesinə ilk olaraq genetik fon təsir edir. Bu proses bəzilərində ləng irəliləsə də, bəzilərində çox sürətlə irəliləyə bilər”,-deyə dermatoloq bildirib.
Həkimin sözlərinə görə, ən əhəmiyyətlisi ultrabənövşəyi şüalardır. Güclü ultrabənövşəyi şüalara məruz qalmaq dermisdə kollagen və elastin liflərinin strukturunun pozulmasına və liflərin məhvinə səbəb olur. Bu, təbii qocalma prosesini sürətləndirir və qırışların erkən görünməsini asanlaşdırır. Güclü stress, siqaret və spirt istehlakı, yuxu pozğunluqları, yüksək glisemik indeksli və qatqılı qidaların qəbulu, dərmanlar, xroniki xəstəliklər də dərinin quruluşuna mənfi təsir edir və məhv prosesini sürətləndirir.
Qırış müalicəsinin “profilaktika” və “qoruma” mərhələlərindən başladığını vurğulayan Dr. Çanakçı dərinin nizamlı olaraq nəmləndirilməsinin, yaşa və dərinin ehtiyaclarına uyğun olaraq dərinin keyfiyyətinin artırılması üçün prosedurların aparılmasının vacib olduğunu qeyd edib.
“Dərinin nəmləndirilməsində ən vacib maddə “hialuron turşusu”dur. Hialuron turşusunu ehtiva edən serum və nəmləndiricilərlə dərini səthdən təmizləmək lazımdır. Əgər qırışlar əmələ gəlib dərinləşməyə başlayıbsa, mimik qırışların müalicəsi üçün botoks olaraq bilinən botulinum toksin tətbiqləri yerinə yetirilə bilər. Stress, yuxu rejimi, sağlam qidalanma qırışlara qarşı əhəmiyyətlidir. Stressin azaldılması, yuxu rejiminə diqqət yetirilməsi, mövsümi və təbii qidalar qəbul edilməsi, siqaret, spirt kimi orqanizmə toksik olan maddələrdən uzaq durmaq çox vacibdir”,-deyə mütəxəssis vurğulayıb.
medicalmedia.az
Saglamolun.Az