Alkoqol, nikotin, kofein, duz və suyun insan üçün öldürücü dozaları

Dünyadakı istənilən hətta ən faydalı və vacib maddənin öldürücü dozası vardır.

Günəş şüalarının öldürücü dozası

Son illər ərzində dünyada anomal istilər müşahidə olunur.

Keçən əsrdə belə fikirləşirdilər ki, Günəşin altında nə qədər çox vaxt keçirsən, bir o qədər yaxşıdır. Lakin indi sübut olunub ki, Günəşin altında həddən artıq qalmaq onkolojı xəstəliklərin yaranmasına və ölümə səbəb olur. Günəşin altında qalmağın öldürücü dozası 8 saatdır.

Alkoqolun öldürücü dozası

Alkoqolun insan üçün öldürücü dozası insan çəkisinin hər kiloqramına 6-12 qram təşkil edir.  Daha aydın olması üçün deyək ki , bu bir nəfərə üç litr spirt deməkdir.

Lakin alkoqolun müxtəlif insanlara olan təsiri fərqlidir. Məsələn, 2004-cü ildə Bolqarıstanın Plovdiv şəhərində bir kişini maşın vurmuşdur. Onun qanında 9,4 ppm (promil) etanol (öldürücü doza 6 promildir) aşkar edilmişdir. Belə bir paradoks: onu maşın vurub və  qanında öldürücü dozada alkoqol olmuşdur, lakin o, iki gündən sonra sağalmışdır.

Nikotinin öldürücü dozası

Fikirləşirsizniz ki, nikotin yalnız tütündə olur, çox səhv edirsiniz, o, pomidorda, kartofda, bibərdə, badımcanda olur. Lakin bu məhsullarda onun miqdarı (qatılığı) insan üçün zərərli deyil. Nikotin çox güclü zəhərdir. Onun öldürücü dozası insan üçün hər kiloqram çəkiyə 0,5-1 mq-dır, aydın olsun deyə, 1 dəfəyə 100 siqaretdir.

Kofeinin öldürücü miqdarı

Kofein kofe, çay, energetik içkilərdə və kolada olur.  Az miqdarda kofeinin orqanizmdə olması əhval-ruhiyyəni yaxşılaşdırır, güc verir, lakin 3 saatdan sonra bütün bunlar yorğunluq və əzginliklə əvəz olunur. Kofeinin öldürücü dozası 100 qramdır, bunu litrə çevirdikdə  ̶  4,5 litr kofe olur. Energetik içkilərdə kofein daha çoxdur. Bu səbəbdən energetik içilərin öldürücü dozası təxminən 2-3 l ola bilər.  

Xörək duzunun öldürücü dozası

Heç bir canlı duzsuz yaşaya bilməz. Gündəlik duz norması 1,5-4 qr-dır. Əgər duz istifadə edilməzsə, mədə-bağırsaq və ürək sisteminin fəaliyyəti, eləcə də əqli pozğunluq baş verər, əzələlər qurumağa başlıyar.

İnsan qidasında duzun tamam olmaması 10 gün ərzində ölümə səbəb ola bilər. Duzun miqdarının çox olması da zərərlidir. İnsan üçün öldürücü doza 250 qramdır. Zəhərlənmə zaman ölüm çox əzablı olur, bədəndə çoxlu şişlər əmələ gəlir.

Suyun öldürücü dozası

Su həyatdır. Bunu hamı bilir. Lakin o, bulaq suyu olsa da, ondan da zəhərlənmək olar. Suyun orqanizmdə çox olması hiperhidratasiyaya səbəb olur  ̶  orqanizmin bütün funksiyalarının pozulmasına gətirib çıxarır ki, bu da sonradan ölümlə nəticələnir. Bu hal sutkada 7 litrdən çox su içdikdə baş verir. Əlbəttə, sudan zəhərlənmə çox nadir hallarda baş verir, lakin bu mümkündür.

1995-ci ildə məktəbli Li Bett öz ad günündə “Ekstazi” içmiş, sonradən isə 7 litr su işdikdə  4 saatdan sonra ölmüşdür.

2004-cü ildə ABŞ-da Sprinqvildda ana uşağını cəzalandırmaq məqsədilə ona 5 litr su içməyə məcbur edib. Nəticədə ana həbs olunmuş, uşaq isə ölmüşdür.

2007-ci ilin yanvarında KDND radiostansiyasında ABŞ-ın Sakramento şəhərində "İslanma - oyun əlavəsini qazan" müsabiqəsi keçirilmişdir. Müsabiqənin bir iştirakçısı 7,5 litr su içmiş və 2,5 saatdan sonra ölmüşdür. Müsabiqənin qalibi olan qız ömürlük əlil olmuşdur. Radiostansiyaya qarşı məhkəməyə iddia qaldırılmışdır.

Mənbə: nkpi.az

 

.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Mamed Muradov

Mamed Muradov

Stomatologiya

Stomatoloq, implantoloq İş stajı: 12 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...

 


Яндекс.Метрика