Həyatının 2-ci və ya 3-cü günündə əksər körpələrdə dəri örtüyünün saralması müşahidə edilir. Bu hal körpənin qara ciyərinin funksional qeyri-yetkinliyindən irəli gəlir.
Bu sarılıq fizioloji bir haldır və 1-2 həftədən sonra adətən tamamilə keçib getməlidir. Əks halda həkimə müraciət etmək lazımdır.
Sarılıq körpənin həyatının 1-ci günü əmələ gələrsə, körpədə onun həyatı üçün təhlükəli olan hemolitik xəstəliyin olduğunu ehtimal edirlər. Bu xəstəliyin səbəbi rezus-müsbət körpənin rezus-mənfi ana ilə və eləcə də qan qrupuna görə ana ilə uşağın uyğunsuzluğudur.
Saglamolun.Az