HƏR İL YAYDA 1000 DƏRİ ƏMƏLİYYATI OLUR
Cambridge University Hospitals-ın plastik və rekonstruktiv cərrahı Animesh Patel valideynlərə uşaqlarının dərisini günəşdən qorumaqla bağlı xəbərdarlıq edib.
O, plastik cərrahiyyə şöbəsinin günəşə məruz qalması nəticəsində yaranan dəri xərçəngini aradan qaldırmaq üçün hər il yay aylarında "1000-dən çox əməliyyat" həyata keçirdiyini bildirib.
Həkim uşaqların və körpələrin böyüklərdən daha həssas dəriyə sahib olduğunu və təkrar məruz qalma nəticəsində yaranan zərərin dəri xərçənginə səbəb ola biləcəyini izah edib.
Dr. Patel günəşdən gələn həddindən artıq ultrabənövşəyi radiasiyanın dəri hüceyrələrinin DNT-sini də zədələdiyini və bunun gələcəkdə xərçəngə səbəb ola biləcəyini söyləyib.
Saglamolun.Az