Karbon qazını udan dina


AVROPALI ALİMLƏRDƏN İNQİLABİ TEXNOLOGİYA
Avropanın 4 ölkəsindən alimlər binaların fasadlarına tətbiq olunacaq xüsusi “canlı döymə” texnologiyası üzərində işləyir. Bu texnologiya sayəsində fasadlara mikroorqanizmlərlə zəngin bioplyonkalar çəkiləcək ki, onlar karbon qazını udacaq, binaları qoruyacaq və qaranlıqda işıq saçacaq.
Sistem 2 təbəqədən ibarət olacaq: əvvəlcə fasada xüsusi pigmentlərlə naxış çəkilir, daha sonra həmin sahələrə mikroorqanizmlərdən ibarət bioplyonka tətbiq olunur. Bu bioloji örtük fotosintez qabiliyyətinə malik olacaq, ətraf mühitin bioloji üsullarla təmizlənməsinə kömək edəcək və zədələnmiş səthləri öz-özünə bərpa edə biləcək. Layihə çərçivəsində bioloji mürəkkəbi səthə dəqiq şəkildə səpələyən xüsusi çap texnologiyası hazırlanır.
İstifadə olunacaq mikroorqanizmlərin növləri hələ açıqlanmasa da, alimlər davamlı və çətin şəraitlərə tab gətirən növlərə üstünlük verir. Layihənin əsas mərhələlərinin yaxın 4 il ərzində tamamlanacağı gözlənilir.

Saglamolun.Az