Spirli içki yaddaş silir


YENİ TƏDQİQAT
Spirtli içkilərin qəbulu yaddaş funksiyasını zəiflədir.
“Neurology” jurnalında nəşr edilən məqalədə həftədə 8 qədəhdən çox spirtli içki qəbul edənlərdə yaddaş, sağlam düşüncə və beyni qidalandıran arteriyaların qalınlaşması halları müşahidə olunduğu deyilir. Nəticədə bu vəziyyət qanın axmasını çətinləşdirir və zamanla beynə zərər verir.
Yeni tədqiqatın nəticələrinə görə, çox miqdarda spirtli içki qəbul edən insanların beyin zədələnməsi riski içki içməyənlərlə müqayisədə 133% daha yüksəkdir. 1800-ə yaxın ölən insanın beyin yarılmaları təhlil olunub və Alzheimer xəstəliyi ilə əlaqəli tau dolaşıqları, damar zədələnmələri aşkar edilib. Keçmişdə çox içənlərdə bu risk 89%, orta səviyyədə içənlərdə isə 60% artıb. Həddindən artıq içki içənlərdə tau dolaşıqları riski 41% yüksəkdir və onlar orta hesabla içki içməyənlərdən 13 il əvvəl vəfat edib.
"Ağır spirt istehlakı orqanizmdə yaranan sağlamlıq problemləri və ölümlə əlaqəli əsas qlobal narahatlıq doğuran məsələlərdəndir. Araşdırmalarımız göstərir ki, çox miqdarda spirt istehlakı beyinə zərər verir, bu da yaddaş və düşüncə problemlərinə səbəb olur" deyə Braziliyanın Sao Paulo Tibb Məktəbinin aparıcı tədqiqatçısı Alberto Fernando bildirib.

Saglamolun.Az