BAKTERİYALARDAN HAZIRLANMIŞ ÇANTA TƏQDİM EDİLİB

TƏKRAR EMALI MÜMKÜN OLACAQ

Ganni brendi bakteriyalardan hazırlanmış yeni çanta təqdim edib. Bakterial nanoselülozdan hazırlanmış Bou çantasının davamlılığını təmin etmək üçün plastik örtüyə ehtiyac yoxdur. Bu da onu brendin əvvəlki məhsullarından fərqləndirir. Bununla belə, çantanın astarı hələ də mikrofiberdən hazırlanır.

Bakteriyalardan və  kənd təsərrüfatı tullantılarından əldə edilən material dəriyə bənzəyir, lakin həqiqi dəri ilə müqayisədə istixana qazı emissiyalarını 65% azaldır.

Üstülik çantanın təkrar emal edilməsini və ya bioloji parçalanması da mümkündür.

Çanta Londondakı Material Matters galereyasında nümayiş edilib. Çantanın 2025-ci ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

Saglamolun.Az