İran koronavirusa görə Çindən sonra ən çox itki verən ölkədir. Qonşu dövlətdə ölənlərin sayı 16-ya çatıb.
Bizimyol.info xəbər verir ki, hətta İranın səhiyyə nazirinin müavini İreç Harirçi də virusa yoluxub. O, xəstəxanadan canlı yayıma qoşulub və heç bir halda geri çəkilməyəcəklərini, sona qədər koronavirusa qarşı mübarizə aparacaqlarını söyləyib.
İranda təxminən 70 nəfər virusdan əziyyət çəkir. Məktəblər, ali təhsil ocaqları bağlanıb. Virusa yoluxanların çoxluğu ilə fərqlənən Qum şəhərində hətta məscidləri də bağlamaq qərarına gəliblər. İran hökuməti heç vaxt olmadığı qədər narahatdır. Ölkə əhalisinə ən sön müraciətdə “Evinizdən çıxmayın!” mesajı verilib. Səhiyyə Nazirliyi insanların gur olduğu yerlərdən uzaq dayanmağı tövsiyə edib.
Saglamolun.Az