Baş Nazir Əli Əsədov yeni il səbəbindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.
Qərara görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilir.
Bəs, həmin tarixlərdə orta ümumtəhsil müəssisələrində tədris hansı formada nizamlanacaq?
Saglamolun.az AzEdu.az-a istinadən məlumat verir ki, 28 dekabrda 3 yanvar tarixinin, yəni V günün dərsləri, 29 dekabrdə isə 6 yanvar tarixinin, yəni I günün dərsləri keçiriləcək.
20 dekabrda isə həmin günün, yəni I günün öz dərsləri tədris olunmalıdır.
Həmin tarixlər jurnalda proqram əsasında qeyd edilməlidir.
2019-cu ilin 31 dekabr, 2020-ci ilin 1- 6 yanvar tarixləri isə qeyri iş günüdür.
Dərslər 2020-ci il, yanvarın 7-də başlanacaq.
27 – 31 yanvar tətillərində isə şagirdlər beşgünlük qış tətilinə çıxacaqlar.
Saglamolun.Az