20 ildir üz nəqli gözləyir, insanların ondan qorxmasından bezib – Video

 

Bu qız Qəhrəmanmaraşda yaşayır. 20 yaşı var.

Hələ 2 aylıq olanda anası beşikdə yatırıb həyətdə iş görərkən, əmisiuşaqları beşiyin üzərindəki örtüyü yandırıblar. Hadisə nəticəsində o zaman hələ 2 aylıq olan Leylanın baş dərisi bütünlüklə yanıb.

İllər içində özü özünə alışmaq istəsə də, ətrafındakıların ona qarşı zillənən bəzən ikrah, bəzən qorxu dolu baxışları həyata sevgisini öldürüb. Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, o elə bu səbədən də orta məktəbi yalnız ibtidai siniflərdə oxuyub.

Daha sonra təhsilinə evdə davam edib. Atası işsiz, ailə imkansızdır. Həkimlər plastik cərrahiyəyə davam gətirə bilməyəcəyini, tək çıxış yolunun üz nəqli olduğunu söyləyiblər. Lakin 20 il ərzində onun bu arzusu reallaşmayıb. Türkiyədə heç kim üz nəqlinə razılaşmayıb. Aldığı psixoloji travmalar səbəbi ilə Leyla yeni bir xəstəlik tapıb. Tez- tez özündən gedir. Ailəsi Leyla Dəmirçinin üz nəqli ola bilməsi üçün prezident Ərdoğana müraciət edib.


Saglamolun.Az



loading...